Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Azərbaycan qoşunları döyüş mövqeyinə çıxarıldı – FOTOLAR

Azərbaycan qoşunları döyüş mövqeyinə çıxarıldı – FOTOLAR

Azərbaycan ordusunun 30 min hərbçi və minlərlə müxtəlif tip texnikanın iştirakı ilə keçirdiyi irimiqyaslı hərbi təlimlər davam edir. Müdafiə Nazirliyi bildirir ki, təlimlərin növbəti mərhəlisdə qoşunlar yerləşdikləri rayonlardan açılma həddinə çıxmaq üzrə tapşırıqları yerinə yetiriblər. Artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya və xüsusi növ qoşunların digər bölmələri tapşırıqları təlimin şərtlərinə uyğun yerinə yetiriblər.

Təlimlərin bu mərhələsinin əsas xüsusiyyəti qoşunların qaranlıq vaxtı hərəkətinin təşkili və həyata keçirilməsidir ki, bu da işığı maskalama (gizlətmə) üzrə əlavə tədbirlərin görülməsini tələb edir.
Təlimlərdə əsas diqqət həmçinin tapşırıqların dəqiq və vaxtında icra edilməsi məqsədilə qoşunların hərtərəfli təminatına, komendant və mühəndis xidmətlərinin fəaliyyətinə yönəldilib

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın