Cümə , Dekabr 9 2022
Ana səhifə / Siyasət / “Azərbaycan Qarabağdakı erməni vətəndaşlarının qeydinə özü qalmalıdır”

“Azərbaycan Qarabağdakı erməni vətəndaşlarının qeydinə özü qalmalıdır”

“Ermənistanda gedən proseslər heç bir siyasi krizisə gətirib çıxara bilməz”.

Bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib.

O, bildirib ki, ölkənin başçısı Prezident yox baş nazirdir. Baş naziri isə parlament seçir: “Parlament Paşinyanın arxasında durub. Ona görə də hansı siyasi krizisdən söhbət gedir, bilmirəm. Prezident Sərkisyan siyasi arenada qalmaq üçün istefa verib. Ermənistan konstiyusiyanı dəyişdirib birbaşa Prezident seçmək niyyətindədir. Konstitusiya dəyişilərsə, çox ehtimal Sərkisyan namizədliyini irəli sürəcək. Və bu gün istefa verdiyinə görə şansı artacaq”. 

Rəsul Quliyev hesab edir ki, Sarkisyan bir aydan sonra partiya yaradacaq: “İstənilən variantda Putinin adamları Koçaryan və Sarqisyanın prezident seçilmək şansı yoxdur. Onlar ola bilər keçmiş prezidentin namizədliyini qəbul etsinlər və onu dəstəkləsinlər. 

Bu dəstək onun əleyhinə işləyə bilər. Azərbaycan hələki (düşünürəm sonrakı seçkilərdə də Paşinyan qalib gələcək) Paşinyan hakimiyyətdədir, Ermənistanla hərtərəfli müqavilə bağlasa bizim xeyrimizə olar. 

Paralel Ermənistan Türkiyə arasında müqavilə də olsa, super olar. Paşinyan Qarabağ ermənilərinin problemlərindən yaxasını qurtarmaq istəyir bunu görməmək mümkün deyil. Düşünürəm ki, Qarabağ ermənilərinin problemləri çox qısa müddətdə həll olunacaq. 

Sadəcə olaraq Azərbaycan Ağdamdan keçib xaricə getmək üçün şərait yaratmalıdır. Çox qısa müddətdə Rusiyanın Qarabağda zorla saxladığı ermənilərin sayı 5 minə yaxın qocalar olacaq. Bir sözlə Rus qoşununun orada qalması işğal kimi qəbul olunacaq. Biz tərəfdən yox beynəlxalq normalara görə. 

Azərbaycan Qarabağda yaşayan, erməni olan 5 minə yaxın vətəndaşının qeydinə özü qalmalıdır. Məsələn Fizuli rayonunda onlar üçün qocalar evi tikə bilər və sair”.

Həmçinin oxuyun

Almatı Deklorasiyasının Azərbaycan üçün hansı əhəmiyyəti var? – AÇIQLAMA

“Dövlət başçılarının Praqada baş tutan sonuncu Avropa görüşündə ilk dəfə olaraq 1991-ci il Almatı Deklorasiyası …