Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Siyasət / Azərbaycan proporsional seçki sisteminə keçə bilərmi?

Azərbaycan proporsional seçki sisteminə keçə bilərmi?

Özüm də bilmirəm nədən başlayım. Əslində Azərbaycan üçün hansı seçki sisteminin məqbul olması əvvəllər də müzakirə olunub. Düzdür, biz hər dəfə belə müzakirələr zamanı onu diqqətə gətirməyə çalışmışıq ki, ölkənin problemi hansı seçki sistemi yox, ümumiyyətlə, seçki və ya düzgün seçki problemidir – çox təəssüf, biz bu məsələdə hələ də axsayır və stabil bir mövqeyə çıxa bilmirik. 
Heç sözsüz ki, ölkədə hansı sistemin olması da az önəm kəsb etmir, dünya təcrübəsində üç modeldən istifadə olunur: majoritar, proporsional və qarışıq sistsem. Hər sistemin öz özəlliyi–üstünlükləri və qüsurları var. 
Majoritar sistem fərdlər üçün daha çox üstünlük yaradır və ölkənin partiya sistemində təmsil olunmayan insanların da parlamentə düşməsinə şərait yaradır. 
Amma müasir seçki sistemi çox mürəkkəb bir prosesdir – bir adam burada nəsə edə bilməz və odur ki, o, faktiki olaraq özünün mini –partiyasını yaradır ki, seçkinin tələblərini həyata keçirə, təbliğat apara və dəstək qazana bilsin. 
Bu problemlər proporsional sistemdə olmur, çünki bunların hər birini partiya öz üzərinə götürür. Proporsional sistemin bir qüsuru olur və o da budur ki, burada partiya boslarının diqtəsi böyük olur. 
Amma siyasi məqsədəuyğunluq baxımından proporsional sistem daha aktualdır. Siyasəti güclü partiyalarsız təsəvvür etmək olmur. Hələ Popper yazırdı ki, partiyalar olmadan demokratiya qurmaq hələ heç kimə müyəssər olmayıb. Biz bir az da uzağa gedərdik – partiyalarsız heç bir siyasət ola bilməz. Partiyalar indikilərə bənzəməsə də, həmişə olub. 
Proporsional sistem partiyalara əlavə impuls verir. Təcrübəmizdən bir detalı qeyd edək. Əvvəl Azərbaycanda da bu sistem məhdud şəkildə olsa da, mövcud idi. Amma sonradan o, ləğv edildi və bu silsilə istefalara səbəb oldu – partiya sədrləri öz postlarından getdilər və bu da partiyaların tez zamanda sönük, hətta gərəksiz institutlara çevrilməsinə səbəb oldu.
Burada qonşu ölkələrin də təcrübəsi az önəm kəsb etmir. Səhv etmiriksə, Rusiya, Gürcüstan, hətta Ermənistanda proporsional sistem hökm sürür.Əlbəttə, deyə bilmərk ki, Azərbaycan da bu sistemə keçəcək. Amma bir neçə məqam var ki, onlar bunun istisna olmadığıını deməyə əsas verir.Birincisi, ölkədə son vaxtlar partiyalarla iş intensivləşib, onlar hətta mənzil-qərargahla da təmin olunurlar. İkinicisi, tez bir zamanda proporsional sistemə keçiləcəyini güman edən siyasətçilər var. Üçüncüsü, ictimai baxımdan fəal olan digər inslanlar da bu arada partiya yarada biləcəklərini bəyan etdilər.Əlbəttə, hələ bir az gözləmək lazımıdır, çünki son söz hakimiyyət mənsublarınındır. Onlar bu haqda fikir bildirsələr, onda məsələni daha ciddi təhlil etmək olar.
Sözsüz ki, bu məsələ reallaşsa o, hakimiyyət üçün də müəyyən dəyişiklikər diqtə edəcək, çünki ölkənin daxili siyasi arxitekturasını dəyişəcək. Hakimiyyət buna hazırdırmı? Cavab verməyə çətinlik çəkir və bir az gözləməyi tövsiyə edirik. Bir az əvvəldə dedik ki, bütün halda proses ölkənin siyasi həyatını canlandıra bilər və canlandıracaq da. Dedik ki, məhdud proporsional sistemin ləğv olunması, daha sonra uğursuz siyasi proseslər fəal insanların partiyalara marağını demək olar ki, tamam azaltdı. Aydındır ki, proses yeni impuls ala bilər. Ən əsası da gənclərin siyasətə marağı arta bilər. Hazırda belə maraq yoxdur. Ona görə ki, siyasi fəaliyyət elə bir perspektiv vəd etmir.
Həm də uzun müddətdir ki, daxili siyasətdə nəzərəçarpacaq islahat aparılmayıb. Proporsional sistemə keçid boşluğu doldura bilərdi, bircə şərtlə ki, bizim, ümumiyyətlə, seçkilərə münasibətimiz dəyişmiş olsun…

Hüseynbala Səlimov

Həmçinin oxuyun

Rusiyadakı diaspor təşkilatlarımız Jirinovskinin hədələrinə niyə reaksiya vermədi?

“Qorxu, xof səbəbindən, bir tikə çörək dalınca qaçmaları, qurduqları bizneslərinin dağılmaması və hədəfə tuş gəlməmək …