Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / “Azərbaycan parlamenti Paşinyana milli qəhrəman titulu verilməsi prosesinə başlaya bilər”

“Azərbaycan parlamenti Paşinyana milli qəhrəman titulu verilməsi prosesinə başlaya bilər”

Ermənistanın paytaxtı İrəvanın Azadlıq Meydanında Baş nazir Nikol Paşinyanın əleyhinə etiraz aksiyası keçirilib. 

Aksiyanın təşkilatçıları müxalifət partiyalarıdır.

Mitinqdə Paşinyanın istefası tələb olunur. Müxalif “Çiçəklənən Ermənistan” partiyasını parlamentdə təmsil edən deputat Naira Zöhrabyan bildirib ki, Nikol Paşinyanın vətən və məsuliyyət hissi yoxdur.

Müxalifətçi deputat Rusiya prezidenti Vladimir Putinin Qarabağ barədə fikirlərinə də toxunub. Naira Zöhrabyan bildirib ki, Putinin söylədikləri, xüsusilə, onun “Paşinyanın xain adlandırılması əsassızdır” fikri Baş nazirinin tərəfdarlarının sevincinə səbəb olub. Həqiqətən düşünürsünüz ki, Rusiya Prezidenti Nikolun xain olduğunu söyləyəcək? İstisna etmirəm ki, Azərbaycan parlamenti Nikol Paşinyana Azərbaycanın milli qəhrəmanı titulu verilməsi prosesinə başlaya bilər, çünki o, İlham Əliyevin 30 ildir arzuladığını gümüş qabda ona təqdim etdi”, – deyə deputat bəyan edib.

Zöhrabyan daha sonra Şuşa məsələsinə toxunub: “Vladimir Putin dedi ki, Şuşa məsələsi danışıqlar prosesində müzakirə mövzusu olmayıb. Bu məsələ məhz müharibə dövründə ortaya çıxıb. Yalançı Nikol deyirdi ki, istənilən müharibə ssenarisində Şuşa Azərbaycanın nəzarətinə keçəcəkdi.

Putin isə dedi ki, 19-20 oktyabr tarixlərində daha şərəfli variant var idi. Bu varianta görə Şuşa ermənilərin nəzarətində qalacaq, ərazi itkisi də bu qədər olmayacaqdı. Ancaq Paşinyan bu variantla razılaşmayıb”. Yenisabah.az

Həmçinin oxuyun

Baydendən ilk tələb: “Əliyev və Ərdoğana qarşı sanksiya…” (VİDEO)

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı …