Çərşənbə , İyul 17 2019
Ana səhifə / Siyasət / Azərbaycan ordusunun möhtəşəm təlimi Türkiyə kanallarında (VİDEO)

Azərbaycan ordusunun möhtəşəm təlimi Türkiyə kanallarında (VİDEO)

Dövlət Sərhəd Xidmətinin “Ağgöl” təlim bazasında sərhədçilərimizin taktiki təlimi Türkiyə mediasında geniş işıqlandırılıb.
Belə ki, may ayının 17-dən 19-dək keçirilən taktiki təlimlərlə bağlı Türkiyə Radio və Televiziyasına (TRT) daxil olan telekanallarda süjetlər yayımlanıb və sərhədçilərimizin yüksək səviyyədə döyüş hazırlığı tamaşaçılara təqdim olunub. Sərhədçilərimizin təliminin “dosta güvən, düşmənə gözdağı” olduğunu vurğulayan telekanallar Azərbaycan sərhədçilərinin ölkə sərhədlərini qorumağa tam hazır olduğunu xüsusi qeyd ediblər. Taktiki təlimdə Dövlət Sərhəd Xidmətinin yüksək peşəkarlığı, ən müasir texniki vasitələrin və yüksək dəqiqlikli silahların tətbiq olunmasının Azərbaycan sərhədlərinin etibarlı mühafizəsini təmin etdiyi tamaşaçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl “Ağgöl” təlim mərkəzində keçirilmiş təlimlərdə zenit qurğularından, helikopterlərdən, zirehli texnikalardan, minaatanlardan, iri çaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları və raket buraxılışları müvəffəqiyyətlə həyata keçirilib.
Şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilib, döyüş atışı vərdişləri təkmilləşdirilib. Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələri və aviasiya qüvvələri qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirərək təlimi müvəffəqiyyətlə başa vurub.
Baku.ws-saytına istinadən təlimdən görüntüləri sizlərə təqdim edirik :

Həmçinin oxuyun

Rəsmi Bakını Latın Amerikası ölkələri ilə nə bağlayır? – Poluxovdan açıqlama

Rəsmi Bakı Latın Amerikası ölkələri ilə ikitərəfli münasibətlərin dərinləşməsi üzərində məqsədyönlü şəkildə işləyir. Bunu Oxu.Az-a açıqlamasında …

Bir cavab yazın