Bazar , Yanvar 17 2021
Ana səhifə / Siyasət / Azərbaycan ordusu səsgücləndirici vasitəsilə xəbərdarlıq edib

Azərbaycan ordusu səsgücləndirici vasitəsilə xəbərdarlıq edib

Azərbaycan ordusunun Ermənistanla sərhəddə möhkəmlənməsi işğalçı ölkədə təşviş yaradıb. Sünik vilayətinin qubernatoru Melikset Poqosyan Azərbaycanla sərhəddə yerləşən, Qafanın Aqarak kəndi yaxınlığında yaranmış vəziyyətlə bağlı açıqlama verib.

Məlumatdan aydın olur ki, bir müddət əvvəl erməni mənbələri Azərbaycan əsgərinin Aqarak kəndi istiqamətində olana Ermənistan hərbçilərinin mövqelərinə guya atəş açdıqları və ermənilərin həmin əraziləri tərk etməsi barədə xəbər yayıbmış. Ancaq Poqosyan bildirib ki, hər hansı atəş açılması halı olmayıb. Onun sözlərinə görə, Azərbaycan hərbçiləri səngərlərindən səsgücləndiricilər vasitəsilə ermənilərdən olduqları mövqelərdən geri çəkilməyi tələb ediblər. Məlumatda deyilir ki, bundan sonra yaxınlıqdakı hərbi hissələr döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bundan qabaq Nikol Paşinyan da öz növbəsində bildirmişdi ki, Qubadlı və Zəngilan istiqamətində demarkasiya və delimitasiya proseslərinin həyata keçirilməsinə ehtiyac var.

Ermənistan açıq etiraf etməsə də, aydın şəkildə görünür ki, erməni hərbçilər sərhədi pozaraq Azərbaycan ərasizinə doğru irəliləyib və ordumuz da haqlı olaraq onlardan öz ərazilərinə qayıtmalarını tələb edir. Musavat.com

Həmçinin oxuyun

“Birinci Qarabağ savaşında biz torpaq, Ermənistan isə müstəqilliyini itirdi”

Azərbaycan Birinci Qarabağ savaşında torpaq itirdi, işğala məruz qaldı, müvəqqəti məğlub duruma düşdü. Rusiyanın bütün …