Cümə , Noyabr 27 2020
Ana səhifə / Siyasət / Azərbaycan ordusu bizdən güclüdür – Erməni polkovnik

Azərbaycan ordusu bizdən güclüdür – Erməni polkovnik

İşğal altında olan Dağlıq Qarabağda yerləşən qondarma rejimin qanunsuz “silahlı birləşməsi”nin əməliyyat şöbəsinin rəisi polkovnik Viktor Arustamyan Azərbaycanın Ermənistanla müqayisədə daha güclü silahlara malik olduğunu deyib.

Azvision.az xəbər verir ki, erməni polkovnik “Hraparak” qəzetinə müsahibəsinə Azərbaycan ordusunun Ermənistandan üstün olduğunu etiraf edib. O, vəziyyətin 1992-ci ildən indiyədək davam etdiyini qeyd edib.

Arustamyan vurğulayıb ki, Azərbaycanın tankları istər keyfiyyət, istərsə də say baxımından üstünlük təşkil edir. Polkovnik etiraf edib ki, aprel döyüşlərində 1992-94-cü illərdə olduğu qədər mərmi atılıb.

Jurnalist müsahibə zamanı ondan qondarma rejimin “hərbi siyasi rəhbərliyi”nin Madrid psinsiplərinə uyğun olaraq, ərazilərin güzəşt edilməsi yolu ilə münaqişənin həllinə dair mövqeyini öyrənmək istəyib.

Polkovnik “Gəlin, belə razılaşaq ki, siyasi sualları cavablandırmıram” – deyə sualdan yayınmağa çalışıb.

Həmçinin oxuyun

Deportasiya Qurbanları Cəmiyyəti bəyanat qəbul edib

Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması məqsədilə qəbul etdiyi qətnamə həm beynəlxalq hüquqa hörmətsizlikdir, …

Bir cavab yazın