Şənbə , Fevral 24 2024
Ana səhifə / Siyasət / Azərbaycan niyə 32 ermənini 2 nəfərə dəyişdi?

Azərbaycan niyə 32 ermənini 2 nəfərə dəyişdi?

“Ermənistanla Azərbaycan arasında aparılan bu danışıqlarda heç bir vasitəçi iştirak etməyib”.

Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziya Şirkətinin efirində çıxışı zamanı deyib.

Armen Qriqoryan Azərbaycanın niyə 32 diversantı 2 hərbi qulluqçuya dəyişməyə razı olduğuna dair suala belə cavab verib. 

Ermənistan Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, bu, humanitar addımdır və sülh sazişi istiqamətində növbəti addımın nəticəsidir.

“Bu, ilk növbədə humanitar xarakter daşıyır, ona görə ki, humanitar məsələlər həll olunub, lakin bu, həm də razılığın əldə olunmasının mümkünlüyünü göstərdi. Biz hesab edirik ki, bu, sülh sazişinin imzalanması istiqamətində çox müsbət, mühüm addım idi. Bu, problemlərin həlli məntiqində hərəkət etmək istəyinin olduğunu və problemlərin həlli üçün ən böyük fürsətin sülh müqaviləsi olduğunu göstərən addım idi. Gündəliyimizdə sülh sazişi var, təbii ki, dekabr bir az çətin görünür, lakin biz dekabrın sonuna qədər sülh sazişi imzalamağa hazırıq”,-deyə o bildirib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib. Cebhe.info

Həmçinin oxuyun

“Qərb istəyir ki, Ermənistan süverenliyini itirsin” – Zərdüşt Əlizadə

“Ermənistanla müqayisədə Azərbaycanın imkanları, əhalisinin sayı, ərazisi, təbii sərvətləri, ordusunun gücü qat-qat üstündür. Bu ölkə …