Çərşənbə axşamı , Noyabr 19 2019
Ana səhifə / Siyasət / Azərbaycan müxalifətinin etiraz mədənıyyətı

Azərbaycan müxalifətinin etiraz mədənıyyətı

Hər bir etirazın fəlsəfəsində davam edən, razı olmadığın proseslərə fikir bildirmək niyyəti durur. Bütün dünayada formalaşmış və qəbul olunmuş bir norma var ki, siyasi qrupların etirazları müəyən proseslər öncəsi, ərəfəsi iqtisadi, sosial və ya siyasi sifariş əsasında keçirilir. Yəni məntiqi olaraq davam edən proseslərə daxili sifariş əsasında etiraz edirlər. Azərbaycanda isə bu proses, bir qaragürüh qrupun monopoliyasında, zaman zaman kənar təsirlərdən hərəkətə gələn bir prosesdir. Məsələn, Ukrainada narinci inqlab olanda narincı bürünüb eriraz edir, Gürcüstanda qızılgül inqlabı olanda əllərinə qızılğül alıb etiraz edir, Türkiyədə qadına qarşı zorakılıq etirazı gedəndə bizimkilər gender bərabərliyi əsasında etirazlar təşkil edir, Yaxın Şərqdə islam təmayüllü inqilablar baş verəndə belə bizdə bundan da ilhamlanıb, eynisini yamsılamağa cəhd edirlər.Yəni kənarda baş verən etirazların imitasiyası gedir. Eyni ilə prosesi imitasiya olunduğu kimi simaları da yamsılanır, məsələn bloger Əli Kərimli hər prosesdə özünü bir xarici etiraz liderinə oxşatmağa çalışır. Məsələn, elə, haqqında danışdığımız Navalnıy kimi, ancaq məsələ ondadır ki, Navalnıy və qrupunun alətləri söyüşkən rus cəmiyyəti üçün uğurlu olsa da Azərbaycanda isə əksinə bu qruplara nifrət gətirir. Nəyə hesablanmışdı?

2. Keçən həftə Aşğabada MBD ölkələri rəhbərlərinin qapalı iclası , Bakıda Türkdilli ölkələrin Şurası toplaşdı. Bu görüşlər regionda gedən proseslərin üzdə görünən tərəfləridir. Bu görüşləri şərtləndirən mühüm məqamlar var. Diqqət etdinizsə bu proseslərdə Azərbaycanın yeri və mərkəzi rolu, ən əsası isə Ermənistanin hansı səviyyədə qısnanması aydın gözə çarpdı. Türkiyənin “Barış Pinarı” sülh əməliyyatı və bu əməliyyatın regionumuza necə təsiri olması haqqında isə geniş danışmağa fikirimcə ümümuyyətlə ehtiyac yoxdur. Çünki bu əməliyyatlar regionun strateji nəqliyyat və tranzit roluna bir başa təsir edən məsələlərdir. İndi sual yaranır regionda kənar maraqların bu qədər qabarıq konfrantasiyası kimi həssas bir dönəmdə, proseslərin mərkəzində olan Azərbaycanın paytaxtında müxalifət etiraz üçün icazəli yer olduğu halda, mərkəzdə icazəsiz aksiya keçirib, qarşıdurma və çaxnaşma görüntüsü verməkdə Azərbaycanla bağlı hansı mesajı ötürməyə çalışır ? Və ən əsası belə görüntü verilsin sifarişi onlara hardan gəlmişdir ? Nə əldə etdilər ?

1.Dünən Azərbaycan vərəndaşına bir daha aydın oldu ki, müxtəlif formasiyalar keçsə də 90 ların müxalifətinin əsl üzü cəmiyyət və ən əsası dövlətlə konfrantasiya təmayüllüdür. Bu illər ərzində yerli, xarici, beynəlxalq təşkılatlarin bu qədər təlimi, maarifləndirmə kurslar və s.heç nəyə yaramayıb. Bu 26 il ərzində şüarları belə dəyişməyib.

2. Dünənki mitinqdə təşkilatçısının şəxsi qisasçılıq motivlərini bu qədər qabartmasını ona daxildə və xaricdə loyal qrupları, ən əsası isə sifarişçilərini məyus etdi. Onun isterik dağıdıcı çıxışından sonra qarşı tərəf sabitlik, huzur, əmin amanlıq ünvanı kimi bir daha təsdiqləndi. 3. Və ən əsası dünən küçədə şəxsən Əli Kərimlinin iflas etdi. Məhz dünəndən müxalif, şübhəli, mühacir, radikal səhifələrin böyük böyük “xalqın lideri oldu” mesajının arxasında da bu iflasın etirafı durur. 4. Dünən daxili, xarici provokator qrupları öz vəzifə borcunu yerinə yetirən Azərbaycan Polisi məyus etdi. Ən əsası polisin Əli Kərimliyə qarşı münasibəti onun iki gün öncə polisi itaətsizliyə çağırmasına cavab idi. Bu gün Azərbaycan polisi axc hakimiyyətinin vətəndaşlardan öncə Bakıya qaçan polis deyil. 3. Qərbin münasibəti : Qərb dediyimiz təsisat monolit bir təsis deyil. Qərb müxtəlif dairələrdən ( dövlət, təşkilat və s.) və bu dairələrdə müxtəlif maraqlara xidmət edən qruplardan ( siyasi, iqtisadi lobbi qrupları və s.) ibarətdir. Ancaq Qərb adlandırdığımız, AB , ABŞ- təsisatın bəlli ünvanları , siyasi, təhkükəsizlik mərkəzləri Azərbaycan hakimiyyətini də, müxalifətini də yaxşı tanıyır. Detallara varmadan bir məqamı qeyd etmək istəyirəm : son iki ildə AB nin kiber təhlükəsizlik institutları AB-də və maraq dairəsinə daxil olan regionlarda sosial media üzərindən hibrid alətlərlə aparılan informasiya müharibələrinə aid qapalı və açıq hesabatlar hazırladılar . Bu hesabatlarda, Cənubi Qafqaz ölkələrindən Azərbaycanla bağlı ölkədəki nüfuz agentlərinin(müxalifət liderləri, müstəqil, siyasi, ictimai simalar və s.) sosial media üzərindən təbliğatında kənar qüvvələrin, xarici xüsusi xidmət orqanlarının kiber təsisatlarının iştirakı haqqında informasiyalar var. Bununla yekunlaşdıraraq onu demək istəyirəm ki, Qərb adlandırdığımız, ünvanı bəlli olan təsisatları, siaysi, iqtisadi, təhkükəsizlik mərkəzləri Azərbaycan müxalifətini tanıyır və onun kənar əlaqələrinin hansı səviyyədə olmasını bilir. Azərbaycanda məhz bu müxalifətin etirazlarla diqqətini çəkməyə çalışdığı dairələr ünvanı, məaramı aydın bəlli olmayan, antiAzərbaycan suaraqat təsisatlardır.

Yeganə HACIYEVA,

politoloq

Həmçinin oxuyun

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

Son 30 ilin qısa təhlili göstərir ki, Naxçıvan Muxtar Respublikası olduqca çətin və mürəkkəb dönəmlərdən …