Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Azərbaycan müxalifəti Dəmirəlin dəfninə getmədi

Azərbaycan müxalifəti Dəmirəlin dəfninə getmədi

İyunun 17-də Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəl müalicə aldığı Ankara Güven Hospitalında vəfat etdi. Mərhum iyunun 19-da torpağa tapşırılacaq.

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Süleyman Dəmirəlin dəfn mərasimində iştirak etmək üçün iyunun 18-də Ankaraya gedib.

Modern.az saytı Azərbaycandakı siyasipartiyaların dəfində iştirak edib-etməyəcəyi ilə maraqlanıb.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah bildirib ki, böyük ehtimal partiya dəfndə iştirak etməyəcək: “Amma Müsavat Partiyası bu gün Türkiyə səfirliyini ziyarət edəcək. Səfirlikdə xatirə dəftəri açılıb. Həmin xatirə dəftərində partiyanın başsağlığı qeyd ediləcək”.

Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şura üzvü Əli Orucov partiyanın dəfndə iştirakı edib-etməyəcəyi barədə dəqiq məlumatlı olmadığın bildirib: “Böyük itkidir. Hər halda bununla bağlı partiyanın özünün rəsmi mövqeyi olmalıdır. Partiyada hər hansı müzakirənin keçirilməsi ilə bağlı məlumatım yoxdur”.

Böyük Qurtuluş Partiyasının sədri Fazil Qəzənfəroğlu bildirib ki, partiya dəfn mərasimində iştirak etməyəcək: “ Partiya olaraq bizim Süleyman Dəmirəlin vaxtilə sərdrlik etdiyi Doğru Yol Partiyası və başqa təşkilatlarla elə bir siyasi münasibətlərimiz olmayıb.
Həm də bu addım ona daha çox dövlət səviyyəsində hörmət əlaməti olaraq atılır. Ümid edirik ki, türk milləti onun faydası və zərəri ilə bütün fəaliyyətini obyektiv və doğru dəyərləndirib. Belə situasiyada ən başda yaxınlıq münasibəti, ideoloji fikir yaxınlığı dayanır. Süleyman Dəmirəllə bizim fikir yaxınlığımız da olmayıb. Məsələn bizim Rauf Denktaşa, Bülənt Ecevitə yanaşmamız tam fərqli idi. Amma Dəmirələ münasibət bir az təzadlıdır. Buna baxmayaraq yenə də Allahdan rəhmət diləyirik”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, o hazırda Türkiyədə olsa da, Süleyman Dəmirəlin dəfn mərasimində iştirak edə bilməyəcək: “Amma mənim burda nümayəndəm var. Bəlkə tədbirdə onlar iştirak etdi. Əslində dəfin mərasiminə bütün partiyaların getməsinə də ehtiyac yoxdur”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın