Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Azərbaycan millisinin Şimali İrlandiya səfəri: həm ziyarət, həm ticarət?

Azərbaycan millisinin Şimali İrlandiya səfəri: həm ziyarət, həm ticarət?

Azərbaycan yığmasının Şimali İrlandiya səfərindən televizor alaraq qayıtması xəbərinə AFFA-dan münasibət bildirilib.

Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu “Qafqazinfo”ya açıqlamasında İrlandiyadan televizor alınması haqda məlumatı təsdiq edib.

Onun sözlərinə görə, bu televizorlar futbolçular tərəfindən alınmayıb: “Bu alış-verişin futbolçulara heç bir aidiyyəti yoxdur. Xəbərdə yazılan televizorları milli ilə birlikdə İrlandiyaya gedən azarkeşlər alıblar. Bəli, 7-8 televizor alınıb, hamısı da azarkeşlərə məxsusdur”.

Xatırladaq ki, Skysports-un daha öncə yaydığı xəbərdə bildirilirdi ki, “Richer Sound” şirkəti 25 min manatdan çox dəyəri olan televizorları yığmanın qaldığı otelə çatdırmaq üçün iki dəfə gəlməli olub.

Onu da qeyd edək ki, Azərbaycan yığması İrlandiyaya 0:4 hesabı ilə məğlub olaraq, qrupda 3-cü yerdə qərarlaşıb.

*   *   *11:26

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə qarşılaşan milli komandamız səfərdən təkcə qapısından buraxdığı 4 qolla dönməyib.

APA-nın məlumatına görə, məşhur “SKY Sport” kanalı maraqlı iddia ilə çıxış edib.

Belə ki, səfər zamanı Belfastdakı yerli elektorinka mağazasından millimiz üçün 8 ədəd televizor alınıb. Həmin cihazlar oyun başa çatdıqdan sonra millimizi ölkəyə gətirən təyyarəyə yüklənib.

Hətta onlardan üçünün dioqonalının 72 düym olması iddialar arasındadır.

Bildirilib ki, bu televizorların ümumi dəyəri 12 min funt-sterlinqdir.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın