Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Azərbaycan mediası öz sıralarından şəhid verən mediadır”

“Azərbaycan mediası öz sıralarından şəhid verən mediadır”

Bu gün Azərbaycanın müstəqilliyinin növbəti ildönümüdür. Maraqlıdır, ölkəmizin müstəqillik əldə etməsində, bu müstəqilliyin qorunmasında, azadlıq ideyalarının təbliğində Azərbaycan mediası yetərincə rol oynayıbmı?
Məsələ ilə bağlı Moderator.az-ın sualını cavablandıran Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli medianın məlum müstəvidəki xidmətlərinin olduqca mühüm və inkaredilməz olduğunu vurğuladı:
“Müasir Azərbaycanın müstəqillik tarixi bəzən 1918-ci ildən hesablanır. Çünki indiki Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin bazası əsasında qurulub. Odur ki, medianın rolunu da 1918-1920-ci illərdə ququlmuş cümhuriyyət dönəmindən qiymətləndirmək lazımdır.
Təsadüfi deyil ki, bizim ilk respublikanın qurulmasına iştirak edən şəxslərin əksəriyyəti media sahəsində xüsusi fəallıq göstərmiş şəxslər olublar. Müstəqillik ideyalarının formalaşmasında, bu ideyaların xalqa çatdırılmasında əvəzsiz rol oynayan mediamızdan istifadə ediblər. Onlar həm mediada müxtəlif məqalələrlə çıxış edərək xalqın ayılmasına nail olublar, həm də cümhuriyyətin qurulması üçün media təmsilçiləri kimi mühüm rol oynayıblar. Istər Məmməd Əmin Rəsulzadənin, istərsə də digər cümhuriyyət qurucularının bu sahədə əhəmiyyətli rolu olub. Üzeyir Hacıbəyov, Əlimərdan bəy Topçubaşov və başqaları media qurucuları, media yönəticiləri olublar. Onlar mediadan istifadə edərək xalqa azadlıq ideyalarını çatdırıblar və onların bu fəaliyyəti uğurlu olub. Onların əməyi sayəsində ilk respublika qurulub.
Indiki respublikanın yaradılmasında da medianın rolu əvəzsiz olub. Azərbaycan mediası öz sıralarından şəhid verən mediadır. Media müstəqilliyimizin əldə olunmasında həm qələmi, həm də süngüsü ilə iştirak edib, hər iki cəbhədə əsgər kimi xidmət göstərib. Mediamız həm müstəqillik, həm Qarabağ uğrunda gedən döyüşlərdə şəhidlər verib. Media azadlıq ideyalarının xalqa çatdırılmasında, müstəqilliyimizin ideoloji müstəvidə əsaslandırılmasıda yaxından və şərəflə iştirak edib. Bu, inkaredilməzdir”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın