Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Siyasət / Azərbaycan məmuru Tbilisidə erməni jurnalistlərin cavabını verib

Azərbaycan məmuru Tbilisidə erməni jurnalistlərin cavabını verib

ATƏT-in media ofisinin Tbilisidə keçirdiyi 13-cü Cənubi Qafqaz Media Konfransının yekununda birgə bəyanatın müzakirəsi azərbaycanlı və erməni nümayəndələrin mübahisələri ilə müşayiət olunub.

Ermənistandan olan nümayəndələr yekun sənədə jurnalistlərin adlarının “qara siyahı”lara salınmasını pisləyən müddəanın daxil edilməsini təklif ediblər, ancaq bu, Azərbaycan rəsmilərinin narazılığı ilə qarşılanıb.

Azərbaycan nümayəndə heyətinin Prezident Administrasiyasından olan üzvləri bunun yolverilməz olduğunu deyiblər. PA-nın ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran Həsənov Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “qara siyahı”nın tərtib olunduğunu deyib.

“Vəzifəsindən, peşə mənsubiyyətindən və statusundan asılı olmayaraq  Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərən, qeyri-qanuni şəkildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edən şəxslərin adları həmin siyahıya daxil edilir. Bu, “jurnalistlərin qara siyahısı” deyil, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərən və buna görə də Azərbaycanda arzuolunmaz elan edilən şəxslərin siyahısıdır”, – PA rəsmisi deyib.

Müzakirələrin yekununda Ermənistan nümayəndə heyətinin təklifi qəbul olunmayıb. Onlar konfrans zalını tərk etməklə buna etiraz ediblər. (Turan)

Həmçinin oxuyun

“Hətta qələbəmizi də məğlubiyyətə çevirdik” – Jirayr Liparityan

“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin atəşkəs bəyanatı faktiki olaraq Qarabağ məsələsini bağlayır. Düzdür, sənəd bunu …

Bir cavab yazın