Bazar , Fevral 28 2021
Ana səhifə / Siyasət / Azərbaycan KP MK-nın sədri Rauf Qurbanovdan həmrəylik çağrışı

Azərbaycan KP MK-nın sədri Rauf Qurbanovdan həmrəylik çağrışı

Azərbaycan Kommunist Parrtiyasının sədri Rauf Qurbanov cəbhədə baş verən son hadisələrə münasibət bildirib və çağrış edib:

“Həmişə olduğu kimi, bu dəfə də Ermənistan tərəfi atəşgah rejimini kobud surətdə pozaraq, ölkəmizə qarşı növbəti təxribat törədib. Məndə olan son məlumata görə Azərbaycan Ordusu düşmənə layiqli cavab verir, ön xəttə olan hərbi hissələrimiz , raket və artilleriya bölmələri, o cümlədən aviasiya, zirehli teknika və digər qoşun növlərinin birgə fəaliyyəti nəticəsində düşmənin silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və aktiv döyüş əməliyyatlarının qarşısı alınır. Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib. Hal- hazırda qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir. Belə bir şəraitdə xalqımız bir yumruq kimi Ali Baş Komandanın ətrafında sıx birləşərək düşmənə və o cümlədən beynəlxalq aləmə milli birliyimizi nümayiş etdirməlidir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri olaraq, respublikamızda fəaliyyət göstərən bütün siyasi partiyaları, ictimai təşkilatları və vətəndaş birliklərini milli həmrəyliyə çağırıram! Azərbaycan xalqının apardığı mübarizə haqq işidir, qələbə də bizimlə olacaqdır”

Həmçinin oxuyun

“Gender bərabərliyini ailəyə, parlament respublikasını isə dövlətə sırıyanda dağılır” – Əkrəm Həsənov

“Ermənistandakı son hadisələr bir daha təsdiq edir ki, parlament respublikası model olaraq, sadəcə,  xarici qüvvələrin …