Çərşənbə , Noyabr 30 2022
Ana səhifə / Siyasət / Azərbaycan Kommunist Partiyası Makrona etiraz etdi

Azərbaycan Kommunist Partiyası Makrona etiraz etdi

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
B Ə Y A N A T I

Bu yaxınlarda, 6 oktyabr 2022-ci il tarixində Çexiya Respublikasının paytaxtı
Praqa şəhərində Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə əlaqədar keçirilən
dördtərəfli konstruktiv görüşdən qısa müddət keçdikdən sonra Fransa
Respublikasının Prezidentinin yanlış və qərəzli mövqeyi, Fransanın xarici işlər
nazirinin Azərbaycan əleyhinə yalan bəyanatlar verməsi və o cümlədən Fransa
Senatında bu ilin noyabr ayında nəzərdə tutulan Azərbaycan əleyhinə növbəti
qətnamənin hazırlanması bir daha göstərir ki, Fransa Cənubi Qafqazda sülhün bərpa
olunmasında maraqlı deyil. Azərbaycana qarşı Ermənistanın hərbi təxribatının
qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının ədalətli fəaliyyətinə
birtərəfli qiymət verilməsi və Fransanın açıq aydın ermənipərəst siyasət aparması
regionda sabitliyin bərpa olunmasına xələl gətirir.
Uzun illər Minsk qrupunun həmsədrlərindən biri olmuş, Qarabağ probleminin
dinc yolla çözülməsində “maraqlı olan”, Azərbaycanla qarşılıqlı istər siyasi, istərsə
də iqtisadi münasibətlər qurmuş bir dövlətin rəhbər orqanlarının bu gün
Azərbaycana qarşı göstərdikləri qərəzli mövqe qəbuledilməzdir və bu cür
münasibət mahiyyətcə gələcəkdə hər iki dövlət arasında mehriban dostluq və
əməkdaşlıq əlaqələrinin üstündən xətt çəkir.
Azərbaycan Kommunist Partiyası Avropanın aparıcı dövlətlərindən biri olan
Fransanın Azərbaycanın haqq işinə qarşı bu cür qərəzli və ermənipərəst mövqe
sərgiləməsindən təəssüf hissi keçirərək, hiddətlənir və Azərbaycan Xarici İşlər
Nazirliyinə və o cümlədən AR-in müvafiq orqanlarına Azərbaycan – Fransa
münasibətlərinə yenidən baxılmasını tövsiyə edir.
Azərbaycan kommunistləri dünya ictimaiyyətini Fransanın birtərəfli və
ədalətsiz mövqeyini pisləyərək, Azərbaycanın haqq işinə dəstək olmağa çağırır.

Rauf Müslüm oğlu Qurbanov
Azərbaycan KP MK -nın sədri,
KPİ – Sov. İKP İK MŞ üzvü.
Bakı şəhəri,
15.10. 2022 -ci il.

Həmçinin oxuyun

Prezident deputatları təltif etdi – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında sərəncam …