Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “Azərbaycan” kinoteatrının yerində tikilən əyləncə mərkəzinin görüntüləri

“Azərbaycan” kinoteatrının yerində tikilən əyləncə mərkəzinin görüntüləri

“Tarqovıy” məhəllə kimi tanınan ərazidə, Natavanın heykəlinin arxasında yerləşən və keçən ilin sonlarında sökülən “Azərbaycan” kinoteatrının yerində tikiləcək obyektin görüntüləri nümayiş etdirilib.

Lent.az-ın məlumatına görə, həmin yerdə “Hard Rock” adlı istirahət-əyləncə mərkəzi inşa olunur. Yeni mərkəzin binasının dizaynı və xarici görünüşü “Azərbaycan” kinoteatrının köhnə binasından çox fərqlənməyəcək. Bildirilir ki, burada yeni kinoteatr da yerləşəcək.

Qeyd edək ki, “Azərbaycan” kinoteatrının köhnə binası sökülərkən onun yan divarlarına toxunulmamışdı. Yeni tikilinin bu ilin sonunadək təhvil veriləcəyi gözlənilir.

"Azərbaycan" kinoteatrının yerində tikilən əyləncə mərkəzinin
"Azərbaycan" kinoteatrının yerində tikilən əyləncə mərkəzinin
"Azərbaycan" kinoteatrının yerində tikilən əyləncə mərkəzinin

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın