Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Siyasət / Azərbaycan iranlı jurnalisti bağışladı

Azərbaycan iranlı jurnalisti bağışladı

İran İslam Respublikasının vətəndaşı, jurnalist Mirqasım Momeni Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti məlumat yayıb.

Məktubunda Mirqasım Momeni Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də, ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir və işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadığını bildirir. Həmçinin müraciətində o, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu qeyd edib.

İran İslam Respublikasının vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Həmçinin oxuyun

Erməni hərbçilər Rusiya ordusuna meydan oxudu – Video

Xocavənd rayonunun Tağaverd kəndi ərazisindəki erməni hərbçiləri hələ də ərazini tərk etməyib. Bu barədə erməni …