Bazar , Yanvar 24 2021
Ana səhifə / Siyasət / Azərbaycan ilə Rusiya arasında sənədlər təsdiq edildi

Azərbaycan ilə Rusiya arasında sənədlər təsdiq edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan ilə Rusiya arasında iki sənəd müzakirəyə çıxarılıb.

İclasda “Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev və Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatının təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələrinə baxılıb.

Millət vəkilləri Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişaf etdiyini, bu sənədlərin iki ölkə arasında münasibətlərin inkşafına mühüm töhfə verəcəyini söyləyiblər. Parlament sədri Oqtay Əsədov bildirib ki, bu sənədlər Azərbaycan ilə Rusiya arasında əlaqələrin nə qədər yüksək səviyyədə olduğunun göstəricisidir.

Müzakirələrdən sonra hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib. (Sputnik)

Həmçinin oxuyun

Bakı İrəvandan bu yolla yeni ərazilər alacaq

Bakı və Ankara beynəlxalq meydanlarda Ermənistana qarşı fəaliyyət aparır. Bunu jurnalistlərə açıqlamasında erməni türkoloq Ruben …