Ana səhifə / Siyasət / “Azərbaycan homoseksuallığın rəsmiləşməsinə icazə verməyəcək”

“Azərbaycan homoseksuallığın rəsmiləşməsinə icazə verməyəcək”

“Amerikada belə bir qanunun imzalanması onların cəmiyyət olaraq ciddi şəkildə deqradasiyaya uğradıqlarının göstəricisidir”.

Bu sözləri açıqlamasında millət vəkili Fəzail Ağamalı Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsinin bütün ölkə ərazisində eynicinslilərin nikah hüququnu təmin etməsi ilə bağlı verdiyi qərara münasibət bildirərkən deyib.

O bildirib ki, həmin cəmiyyətlər bunu insan haqlarının qorunması, ona hörmət edilməsi baxımından izah etməyə çalışırlar: “Düşünürəm ki, bu cür izahların heç bir məntiqi yoxdur. Bir sıra ölkələrdə uzun illər bu həyat tərzinə çevrilsə də, həmin ölkələr cəsarət edib bunu qanuniləşdirməkdən çəkiniblər. Bu gün belə bir addımın atılmasına Amerika cəmiyyətinin özü reaksiya verməlidir”.

Millət vəkili bu hallara çox mənfi yanaşdığını vurğulayıb: “Çünki bu Azərbaycan xalqının milli adət-ənənələri, söykənmiş olduğu dəyərlərlə tamamilə ziddiyyət təşkil edir. Ümidvaram ki, bundan sonra da Azərbaycan xalqı olaraq belə halların ölkəyə gəlməsinə, rəsmiləşməsinə heç zaman icazə verməyəcəyik”.

Məsələyə münasibətini açıqlayan Fazil Mustafa isə qeyd edib ki, Amerika din azadlığının, insan haqlarının ən geniş prinsiplərinin tətbiq olunduğu ölkələrdən biridir: “Bu gün isə Amerika bu məsələdə konservativdir. Görünür, dövlətə  təzyiq o səviyyədədir ki, belə bir insan təbiətinə zidd olan yaşam tərzini qəbul etməyə meyilləniblər. Bu həmin sistemlərin çöküşünə gətirib çıxaracaq bir faciədir. Bu gün Amerikada da, Avropada da mənəvi deqredasiya  baş verir. Biz öz cəmiyyətimizi bu yanaşmalardan qoruma yolları barədə düşünməliyik. Bu bir dalğadır və mütləq digər regionlara da gələcək. Bunun da qarşısını almaq üçün dini anlayışın cəmiyyətdə möhkəmlənməsinə ehtiyac var. İnsanlar yaradanın verdiyi obrazda özlərini təqdim etməkdən başqa yol düşünməməlidirlər. Bu çox acınacaqlı tendensiyadır və mən bunun ABŞ-da qanuniləşdirilməsini böyük faciə hesab edirəm”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın