Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Siyasət / “Azərbaycan hakimiyyətinin başını daxildə qatmaqla Hadrutda…”

“Azərbaycan hakimiyyətinin başını daxildə qatmaqla Hadrutda…”

“Hadrutun “və bəlkə Şuşanın” Ermənistana qaytarılmasının mümkünlüyü haqda Köçəryanın dünənki sözləri təsadüfi deyil. “Bunu sülh yolu ilə edə bilərik”,- deməsi isə sifətimizə həyasızca gülməkdir”.

Bu sözləri REAL Partiyasinin sədri İlqar Məmmədov deyib.  Siyasətçinin sözlərinə görə, Köçəryan Paşinyanı yıxandan sonra təzə və kövrək rejimin möhkəmlənməsi üçün kütləvi simpatiyaya əlavə ehtiyac yaransa, onun Rusiyadakı bəzi imperialist çevrələrə aid himayədarları rus ordusu gücünə Köçəryanı mükafatlandırmağa çalışacaq:

“Bu mükafatın Hadrut olacağına dair Köçəryanın vəd aldığına artıq şübhəm yoxdur.

Onlar eyni vaxtda Bakıda da fəallaşacaq. Qələbəmizə indiyədək “anti-Rusiya” pafosu ilə kölgə salmağa çalışanlar həmin Köçəryan himayədarlarının bu işdə 1 nömrəli yardımçısı olacaq, çünki “haqlı” çıxmış görünəcəklər və Azərbaycan hakimiyyətinin başını daxildə qatmaqla Hadrut əməliyyatına şərait yaradacaqlar. Unutmayaq ki, belə anti-Rusiyaçıların bir çoxunu ayaqda saxlayan Azərbaycan hakim elitasının Moskvadakı bəzi imperialist dairələrə bağlı kəsimidir. O kəsim öz mövqelərini qaytarmağa çalışacaq”.

İlqar Məmmədov bu zaman polis özbaşınalığına böyük ehtiyac yaranacağını vurğulayıb:

“Çünki məhz bu yol ilə Azərbaycanın həm də Qərbdə mövqelərini daha da zəiflətmək lazım gələcək. Paşinyan hakimiyyətinin yıxılması Bakıda siyasi mübarizəni iyrənc ikiüzlü oyunlar bataqlığına darta bilər. Siyasi dialoqun həqiqi məzmunu gücləndirilməsə, 1988-93-cü illərin dağıdıcı rəqabət formatına müəyyən qayıdış çox mümkündür”.

Həmçinin oxuyun

Eldəniz Səlimovun qaranlıq keçmişi: Xanbabayev onu necə yetişdirib?

Vəzifə borcunu yerinə yetirən polis əməkdaşına qarşı fiziki güc tətbiq edən sabiq deputat Eldəniz Səlimov …