Cümə axşamı , İyun 30 2022
Ana səhifə / Siyasət / “Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırmayan bütün saytlar bloklanmalıdır”

“Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırmayan bütün saytlar bloklanmalıdır”

“Rusiyanın “RİA Novosti” agentliyinin Azərbaycan ərazisində bloklanmasını düzgün hesab edirəm”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat qeyd edib ki, Azərbaycan haqqında təhrif olunmuş ifadələr işlədən, informasiya yayan hər bir sayt, informasiya şəbəkəsi bloklana bilər. 

“Çünki qarşılıqlı münasibətlər var. Bütün məsələlər qarşılıqlı münasibətlər zəminində tənzimlənməlidir. Əgər biz Rusiya ilə ildən-ilə əməkdaşlığı genişləndirib, münasibətləri yaxşılaşdırırıqsa və Rusiya haqqında Azərbaycanda müsbət fikirlər təbliğ olunursa, Rusiya da borcludur ki, Azərbaycan həqiqətlərini aydın şəkildə öz informasiya şəbəkələrində şərh etsin. Ancaq çox təəssüflər olsun ki, Rusiyanın bir çox saytları, informasiya şəbəkələri, televiziyaları bu məsələlərdə bir aqressiv, yad mövqe tuturlar. Nəinki Azərbaycan həqiqətlərini təbliğ edirlər, hətta olmayan bir çox məsələləri yanlış mövqedə işıqlandırıb, Azərbaycan dövlətinin imicinə ziyan vurmağa çalışırlar. Ona görə də, elə bilirəm ki, münasibətlərə xələl gətirən, Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırmayan bütün saytlar, informasiya şəbəkələri bloklanmalıdır. Əgər “Ria Novosti” agentliyi bloklanıbsa, deməli bu, Azərbaycanın haqqıdır və bu, düzgün hal sayılmaılıdır”.

Həmçinin oxuyun

İlqar Məmmədov Prezidentə müraciət etdi

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Prezident İlham Əliyevəı müraciət edib. Belə ki, “Facebook” …