Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Siyasət / Azərbaycan Fransanın vasitəçiliyindən imtina edə bilər – narazılıq böyüyür

Azərbaycan Fransanın vasitəçiliyindən imtina edə bilər – narazılıq böyüyür

Deputatlar və ictimaiyyət nümayəndələrindən çağırış

Fransanın bir neçə bələdiyyə başçısı tərəfindən (25 sentyabr – Alforvil, 10 oktyabr – Valans, 21 oktyabr – Sent-Etyen, 22 oktyabr – Arnuvil) Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfərlərin həyata keçirilməsi, sözsüz ki, beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Azərbaycanın qanunlarının kobud şəkildə pozulması halıdır və Ermənistanın gücdən istifadə etməklə işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma separatçı rejimin təşviqinə xidmət edir.

Azərbaycan dövləti və ictimaiyyətində ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın yerli özünüidarəetmə qurumlarının işğal altındakı Azərbaycan ərazilərinə səfər etmələri etiraz yaradıb. Artıq deputatlar səviyyəsində Fransanın həmsədrliyindən imtina məsələsi təklifləri irəli sürülməkdədir. Belə ki, Mili Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirib ki, Fransanın Alforvil, Valans, Arnuvil və Sent-Etyen şəhərlərinin merlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərləri yolverilməzdir. Azərbaycan sözügedən məsələdən dolayı dəfələrlə Fransanı tənqid etsə və beynəlxalq hüquq normalarına əməl etməyə çağırsa da, Paris çox böyük haqsızlıq edərək qondarma və separatçı rejimlə əlaqələrini davam etdirir və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış oyuncaq bir qurumu legitimləşdirməyə çalışır. Fransa 3 yerli özünüidarəetmə orqanı rəhbərinin qanunsuz addımları bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədri kimi üzərinə götürdüyü missiya və mandata daban-dabana ziddir. Deputat hesab edir ki, Fransa prezidenti və aidiyyəti orqanlar ən azı beynəlxalq hüquqa zidd olan bu qanunsuz hərəkətlərlə bağlı açıqlama verməlidir.

Dəfələrlə Fransadan Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərlər təşkil edilib. Onlar bildirirlər ki, Fransa hüquqi və demokratik olduğuna görə bu ölkədə olan qurumlar istənilən qurumla əlaqə saxlaya və əməkdaşlıq edə bilərlər: “Bu açıqlamalar gülünc və cəfəngiyatdır, üstəlik, heç bir ciddi arqumentə söykənmir. Kökündən yanlış olan bu yanaşma Fransa və dünya ictimaiyyətini aldatmaq cəhdidir. Əgər doğurdan da Fransa hüquqi, sivil və demokratik dövlətdirsə, onda ilk növbədə hüquqa, demokratik prinsiplərə, beynəlxalq hüquq normalarına və Helsinki prinsiplərinə əməl etməlidir. Bu prinsiplər istənilən suveren dövlətin sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü tanıyır. Hər hansı bir şəxsin Azərbaycanın sərhədlərini pozaraq onun ərazilərinin bir hissəsinə qanunsuz olaraq səfər etməsi, qondarma qurumla əlaqə saxlaması, əməkdaşlıq etməsi, beləliklə, işğalı legitimləşdirməsi həmin qanunlara daban-dabana ziddir”.

Azay Quliyev ile ilgili görsel sonucu

A.Quliyev qeyd edib ki, bu məsələ Fransa ilə ikitərəfli münasibətlərdə və yüksək səviyyəli görüşlərdə əsas problem kimi qoyulmalıdır: “Fransa hökuməti, bu ölkənin prezidenti, xarici işlər naziri və Minsk Qrupunun Fransadan olan həmsədri bu səfərləri qəti şəkildə pisləməli və bunun Parisin siyasətinə tam zidd və qanunsuz olduğunu bildirməlidir. Bu zaman Azərbaycan doğurdan da Fransanın səmimiyyətinə inanacaq. Bunlar olmayınca isə belə bir təəssürat yaranır ki, Fransa dövləti və hökumət nümayəndələri ayrı-ayrı subyektlərinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimlə ikitərəfli əlaqə saxlaması, onlarla müqavilə imzalaması, onları legimimləşdirmək cəhdi ilə razıdırlar. Belə olan halda Fransanın həmsədr kimi Minsk Qrupundakı fəaliyyətinə və mandatına yenidən baxıla, hətta sual oluna bilər ki, belə bir ölkə ATƏT-in Minsk Qrupunda necə vasitəçilik edə bilər? Açıq şəkildə separatizmi dəstəkləyən bir dövlətin səfiri necə gəlib burada ədalətin, sülhün və beynəlxalq hüququn bərqərar olmasına necə yardım edə bilər? Zənnimcə, Fransanın Azərbaycana qarşı bu destruktiv hərəkətinə birmənalı şəkildə münasibət bildirilməli və bu məsələyə birdəfəlik nöqtə qoyulmalıdır”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağı isə bildirib ki, Azərbaycan işğal altındakı ərazilərinə bu cür qanunsuz səfər edənləri yalnız “qara siyahı”ya salmaqla kifayətlənməli deyil: “Azərbaycan bu cür ölkələrlə daha sərt davranmalı və onlara olan münasibətlərinə yenidən baxmalıdır. Konkret olaraq işğalçıya dəstək verən Fransa ilə əlaqələrimizə yenidən baxmalıyıq. Bu ölkənin Minsk Qrupunda həmsədrlikdən kənarlaşdırılması məsələsi də qaldırılmalıdır”.

Deputat Fəzail Ağamalı ile ilgili görsel sonucu

Deputat Fəzail Ağamalı da “Yeni Müsavat”a açıqlamasında həmkarı Azay Quliyevin fikirlərinə tamamilə şərik olduğunu bildirdi: “Fransa ikiüzlü siyasət həyata keçirməkdədir. Ermənistan rəhbərliyinin bu yaxınlarda hiyləgər addımı oldu. İrəvanda Fransız dilli xalqların konfransı təşkil edildi və bununla Ermənistan Fransaya daha çox yaxın olduğunu ifadə etməyə çalışdı. Fransa prezidenti də həmin konfransda iştirak etdi və işğalçı Ermənistana müsbət münasibətini ortalığa qoydu. Bunun ardınca Ermənistanın avantürist siyasətinin mahiyyətinə uyğun olaraq Fransadan mer və bələdiyyə sədrləri səviyyəsində Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edildi və qondarma ”respublika”nın rəhbərliyi ilə görüş keçirildi, onlara həmrəylik nümayiş etdirildi. Azərbaycanın qanunları açıq-aşkar pozuldu. Odur ki, mən hörmətli həmkarım Azay Quliyevin həmin mövqeyi ilə tam şərikəm, bu ədalətli mövqeyi müdafiə edirəm. Əslində mandatı ədalətli mövqe nümayiş etdirməyi tələb eləyən, Minsk Qrupunun həmsədri kimi ədalətli mövqe nümayiş etdirməyə borclu olan Fransa faktiki olaraq bu missiyanı yerinə yetirmir, işğalçı tərəfi müdafiə edir, işğala məruz qalmış tərəfin qanunlarını pozur. Ermənistanın bu şəkildə dəstəklənməsi Fransa tərəfindən davam etdirilərsə, Fransa rəsmiləri Azərbaycan dövlətinin narahatlıqlarına uyğun addımlar atmasa, konkret tədbirlər görməsə və deklorativ xarakter daşıyan bəyanatlardan uzaq ciddi addımlar atmasa, Azərbaycan qanunlarını pozanlara cəza tətbiq etməsə Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən imtina etməli və bu məsələyə baxılmalıdır”.

Həmçinin oxuyun

““Human Rights Watch” hesabatı birtərəflidir və gerçəkliyi əks etdirmir” – DEPUTAT

“Human Rights Watch” təşkilatı Azərbaycanı komalaşmış döyüş sursatlarından (cluster munitions) istifadə etdiyinə görə tənqid edib, …