Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Siyasət / Azərbaycan Əfqanıstanda səfirlik açmaq istəyir

Azərbaycan Əfqanıstanda səfirlik açmaq istəyir

Azərbaycanın müasir tarixdə Əfqanıstandakı ilk səfiri İlham Məmmədov Kabilə gedib və orada “Taliban” hərəkatı hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əmir Xan Müttəqi ilə görüşərək, Kabildə Azərbaycan səfirliyinin açılması məsələsini müzakirə edib.
Bu barədə “Taliban” Xarici İşlər Nazirliyinin nümayəndəsi Əbdül Qəhər Bəlxi “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Azərbaycanın Kabildəki səfiri İlham Məmmədov Xarici İşlər Naziri Əmir Xan Müttəqi ilə görüşdə Kabildə Azərbaycan səfirliyinin açılması ilə bağlı bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi məktubunu xarici işlər nazirinə təqdim edib”, – deyə Bəlxi bildirib.
Qeyd edək ki, ölkə parlamentinin qərarı ilə 2020-ci ilin dekabrında Azərbaycanın Əfqanıstanda səfirliyi təsis edilib.
2021-ci il yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyev respublikanın Əfqanıstanda səfirliyinin yaradılması haqqında qanun imzalayıb.
İlham Məmmədov ölkə Prezidentinin sərəncamı ilə 2021-ci ilin iyulunda Azərbaycanın Əfqanıstandakı səfiri təyin edilib.
Xatırladaq ki, 2021-ci ilin 15 avqustunda həmin vaxta qədər bir çox ölkə tərəfindən terror təşkilatı kimi tanınan “Taliban” qüvvələri Əfqanıstanın bütün ərazilərində nəzarəti ələ aldığını elan edib.
Əfqanıstan İslam Əmirliyinin Azərbaycandakı səfirliyi 2012-ci ilin noyabr ayından fəaliyyət göstərir.

Həmçinin oxuyun

Ərsin Tatar Azərbaycana gələcək

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar yaxın günlərdə Azərbaycana səfər edəcəyini açıqlayıb. AZƏRTAC …