Ana səhifə / Siyasət / Azərbaycan Dövlət Neft Fondu bu gün 10 milyon dollar itirdi

Azərbaycan Dövlət Neft Fondu bu gün 10 milyon dollar itirdi

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu gün – avqustun 11-də Çin Mərkəzi Bankının (ÇMB) milli valyuta – yuanın 2%-lik devalvasiyası ilə bağlı qərarından sonra 10 milyon dollar zərər edib.

“Report” xəbər verir ki, bu qərar Çinin ixrac potensialını artırmaq məqsədilə edilib. Qeyd edək ki, iyul ayında Çinin ixracı keçən ilin analoji dövrü ilə müqayisədə 8,3% azalıb.

Xatırladaq ki, ARDNF Çin aktivlərinə 3 mlrd. yuan (500 mln. dollar) həcmində investisiya yatırmaq üçün 2014-cü ildə ÇMB-dən müvafiq lisenziya alıb. Nəticədə bu ilin iyul ayında Çin dövlət istiqrazlarına investisiya həyata keçirilib. İnvestisiya yuanla baş tutduğundan, bu valyutanın bugünkü 2%-lik devalvasiyası dollar ekvivalentində ARDNF-ə 10 mln. dollar zərər vurub. Ekspertlər yuanın tədricən devalvasiya ediləcəyini proqnozlaşdırırlar.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın