Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Azərbaycan diasporunun nümayəndələri Avropa Oyunlarına gəldilər

Azərbaycan diasporunun nümayəndələri Avropa Oyunlarına gəldilər

I Avropa Oyunları ölkəmiz üçün ən əhəmiyyətli tədbirlərdən biridir. Oyunlarda iştirak edəcək nümayəndə heyətləri, oyunları izləməyə gələn turistlər artıq Bakıdadır. Bu gündən artıq yarışlara start verilib. Eyni zamanda, bu gün paytaxtımızda oyunların möhtəşəm açılış mərasimi keçiriləcək.

Avropa Oyunlarını izləməyə gələnlər arasında müxtəlif ölkələrdə yaşayan soydaşlarımız, diaspor nümayəndələrimiz də var. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, oyunları izləməyə diaspor nümayəndələri öz təşəbbüsü ilə gəlib.

Bəzi diaspor nümayəndələrimiz Avropa Oyunlarının açılışını və yarışları izləmək üçün ailə üzvləri, eləcə də dostları ilə gəliblər. Bəziləri isə diaspor təşkilatının təmsilçisi kimi xüsusi qruplar yaradaraq yaşadıqları ölkənin idmançılarına dəstək nümayiş etdirmək üçün Avropa Oyunlarında iştirak edəcək.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşəbbüsü ilə ukraynalı idmançılara dəstək məqsədilə fan-klub yaradılıb. Ümumrusiya Azərbaycanlıları Konqresinin Kalininqrad şöbəsinin sədri Tofiq Rzayev rusiyalı idmançılara dəstək nümayiş etdirmək üçün xüsusi heyətlə Bakıya gəlib. Bundan başqa, Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva da Avropa Oyunlarını izləmək üçün vətənə gəlib.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın