Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / Siyasət / Azərbaycan Avropa Məhkəməsindən də çıxacaq?

Azərbaycan Avropa Məhkəməsindən də çıxacaq?

Fikirlərini sərbəstcə ifadə etmək, yeri gələndə etiraz üçün toplaşmaq, işgəncə və pis rəftara məruz qalmamaq, evinin zorla əlindən çıxmaması. Bu kimi təməl insan hüquqların Azərbaycanda tapdalanırsa, ədaləti bir az uzaqda Avropa İnsan Hüquqları Məhkəməsində axtarırsan. İndi bu qapı da Azərbaycan vətəndaşlarının üzünə bağlana bilər.

Azərbaycan hakimiyyətinin AŞPA-da fəaliyyətinin dayandırılması ağıla ölkənin beynəlxalq məhkəmənin yurisdiksiyasından çıxma ehtimalını da gətirir. İqtidara yaxın media yazır ki, Azərbaycan məhkəmənin qərarlarını tanımaqdan imtina edə bilər.

İnsan Haqları Məhkəməsinə onlarla şikayət göndərən Yaqublular ailəsi ölkədə qərarların məhkəmə zalında yox, Prezident Administrasiyasında verildiyini düşünür. Onlar üçün İnsan haqları məhkəməsi bəraət almaq üçün yeganə ünvandır.

Avropa İnsan Haqları Məhkəməsinə şikayətlər göndərən hüquqşünas Xalid Ağəliyev Azərbaycanın İnsan Haqları məhkəməsindən çəkilməsini ehtimal etməsə də, bunun üçün heç bir maneə olmadığını da deyir.

İctimai fəal Nigar Həzi atası Tofiq Yaqublunun növbəti həbsindən İnsan Haqları Məhkəməsinə şikayət göndərəcək. Bu qərarların qəbul olunması uzun illər alsa da, kompensasiyaların miqdarı aşağı olsa da, bəzən beynəlxalq təzyiqlər həlledici rol oynaya bilir.

Azəbaycan hökuməti 22 il əvvəl 2002-ci ildə Avropa İnsan Haqları Konvensiyasına qoşulub.

Hökumət öhdəlik götürüb ki, məhkəmənin qərarlarını icra edib, hüquqlarını pozduğu insanlara təzminat ödəməlidir.

Həmçinin oxuyun

“Almaniya mətbuatında Azərbaycan diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir” – PREZİDENT

“Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm …