Ana səhifə / Siyasət / Azərbaycan ASALA-nı terror təşkilatı kimi tanıyırmı?

Azərbaycan ASALA-nı terror təşkilatı kimi tanıyırmı?

“ASALA terror təşkilatı kimi tanınır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Arzu Nağıyev deyib. Onun sözlərinə görə, ASALA ilə xüsusi xidmət orqanları çox ciddi mübarizə aparır: 

“SSRİ dövründən bütün terror təşkilatlarının siyahısı var. ASALA da onların başında olan terror təşkilatlarının biridir. SSRİ vaxtından birmənalı şəkildə terror təşkilatı kimi tanınır. Ona qarşı biz mübarizə aparmışıq və aparırıqda”.
Sabiq MTN əməkdaşı İlham İsmayıl isə deyir ki, Azərbaycan üçün təhlükə törədə biləcək terror təşkilatlarının siyahısı tərtib edilib, terror təşkilatı kimi tanınmalıdır:”Bizdə elə bir praktika yoxdur ki, hansısa beynəlxaq terror təşkilatını tanıyaq. Faktiki olaraq buz İŞİD-i də terror təşkilatı kimi tanımırıq. Amma bu o demək deyil ki, onlar terror təşkilatı deyillər. Azərbaycanda bu praktika yoxdur. Rusiya, Amerika və Türkiyədə tanınır, amma bizdə onların heç biri tanınmır. Çox təəssüf… Bu, gərək qanunvericiliyə salına, qanunla tənzimlənə. Bunun üçün Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsi var. Bu komitə Azərbaycanın xüsusi xidmət orqanları ilə birlikdə fəaliyyət göstərib Azərbaycan üçün təhlükə törədə biləcək terror təşkilatlarının siyahısını tərtib edib, terror təşkilatı kimi tanımalıdır. ASALA kimi terror təşkilatını tanımaq lazımdır. ASALA çoxdandır ki, fəaliyyətini dayandırmışdı. Axırınci dəfə 5 il bundan öncə toplanmışdılar. 44 günlük müharibədən sonra ASALA yenidən toplandı. Onları şurası toplantında Dağlıq Qarabağı hədəf kimi təqdim etdilər. Bildirdilər ki, “ora bizim ayağımızın altında olmalıdır, biz ora getməliyik”. Sərhəddə də Laçın koridorundan nəzarət edə bilmədiyimizə görə, çox güman ki, ASALA-ın nümayəndələri Qarabağa gəliblər”.

Həmçinin oxuyun

“Ermənistan hələ də məğlubiyyətin şokundadır” – Metyu Brayza

“Qarabağdakı atəşkəsə dair 10 noyabr bəyanatı sülhün təməli ola bilər. Açıqlamalardan görünür ki, müzakirələr təməl …