Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Siyasət / Azərbaycan 10-cu yerdədir, Ermənistan siyahıda yoxdur

Azərbaycan 10-cu yerdədir, Ermənistan siyahıda yoxdur

Göründüyü kimi, ölkə hökumətinin Azərbaycanın, xüsusilə də turizm sahəsində, cəlbedici imicinin yaradılması üzrə səyləri bəhrəsini verməkdədir. Virtualaz.org xəbər verir ki, bazar ertəsi elan edilmiş Pərakəndə satışıninkişafı üzrə qlobal indeksdə (A.T. Kearney Global Retail Development Index Ranking — GRDI) tədqiqatçılar Azərbaycanı 10-cu yerə layiq görüblər.

Əvvəlcə qeyd edək ki, GRDİ özündə yalnız 30 aparıcı inkişaf etməkdə olan ölkəni ehtiva edir. Tədqiqat müəllifləri qeyd edirlər ki, son 15 il ərzində inkişaf edən bazarlar həm 21 faizlik artım nümayiş etdirmiş (6,2 milyard nəfərə qədər) əhalinin sayı baxımından, həm də 350% artmış pərakəndə satış nöqteyi-nəzərindən böyük inkişaf yolu keçiblər və hazırda qlobal pərakəndə satış həcminin yarıdan çoxunu təşkil edirlər.

İndeks 25 müxtəlif göztəriciyə əsasən tərtib edilir. Tədqiqatın unikallığı ondadır ki, yalnız bu gün ən cəlbedici bazarları müəyyən etməklə yanaşı, öz potensialını gələcəkdə göstərəcək bazarları da nəzərə alır.

Azərbaycana gəlincə, tədqiqatçılar hesab edirlər ki, ölkədə pərakəndə satışın ümumi həcmi 17 milyard dollar təşkil edir. Məhz sürərlə inkişaf edən turizm sahəsi Azərbaycana retinqdə 10-cu yerə qalxmağa imkan verən hərəkətverici qüvvədir.

Ekspertlərin fikrincə, hökumət turistləri cəlb etmək üçün xeyli iş görür. Hakimiyyət reklama vəsait sərf etməklə ölkə paytaxtı Bakının təmtəraqını qeyd edir. Bundan əlavə, milli valyutanın məzənnəsinin aşağı düşməsi də böyük rol oynayıb. Xarici turistlər üçün Azərbaycanda istirahət devalvasiyaya qədərki vaxtdan daha əlçatan olub.

GRDİ tərtibçiləri hesab edirlər ki, 2016-cı ildə keçiriləcək əlamətdar hadisələr də öz sözünü deyir. Onların sırasında Formula-1 mərhələsi də var.

Təfərrüatlara varan GRDİ-də qeyd ediblər ki, Bakıda geyim satışının artımı ötən illərlə müqayisədə azalıb. Buna səbə kimi ekspertlər tamamilə, yaxud qismən də olsa bəzi brend mağazaların filiallarının bağlanmasını göstəriblər. Lakin bu seqmentdə lüks və orta sinfə aid yeni iştirakçılar da var.

Bakıda baqqaliyyə inkişaf edir. 2015-ci ildə SPAR mağazalar şəbəkəsinin, ərzaq sahəsində ilk iri beynəlxalq oyunçunun bazara daxil olması böyük hadisə kimi yadda qalıb. Yaxın 3 ildə Azərbaycanda 30-a qədər mağazanın aılması gözlənilir.

Ermənistandan fərqli olaraq, Azərbaycan, doğrudan da, reytinqdə ciddi irəliləyişə nail olub. 2014-cü ildə bu reytinqdə Ermənistan 6-cı, Azərbaycan isə 30-cu idi. Bir il sonra isə Ermənistan 10-cu, Azərbaycan 22-ci olmuşdu. Bu il Azərbaycan 10-cudur, Ermənistan isə, ümumiyyətlə, siyahıda yoxdur.

O ki qaldı reyutinqin liderlərinə, ilk yeri Çin tutur, ikinci yerdə Hindistan, sonrakı pillələrdə isə Malayziya, Qazaxıstan və İndoneziya yerləşiblər. Sonuncu — 30-cu yer Misirə aiddir. Azərbaycan reytinqdə Rusiya (22-ci yer), Braziliya (20) və Rumıniya (24) kimi ölkələri geridə qoya bilib.

Həmçinin oxuyun

İqbal Ağazadə: “Siyavuş Novruzov tələbələrlə bağlı bu fikri bilərəkdən səsləndirib”

“İqtidarda hamı ağıllı danışsaydı, pisi kimin ayağına yazardılar? Bəzi adamlar ona görə belə danışırlar ki, …

Bir cavab yazın