Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / “Azərbaycan ərazisindəki neft-qaz infrastrukturuna zərbə endirmək niyyətində olmamışıq”

“Azərbaycan ərazisindəki neft-qaz infrastrukturuna zərbə endirmək niyyətində olmamışıq”

“Beynəlxalq kompaniyalar əmin ola bilər ki, Ermənistan bölgədə təhlükəsizliyin qarantı kimi çıxış edir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir iddia ilə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan ötən gün keçirdiyi brifinqdə çıxış edib. Onun iddiasına görə, ölkəsinin bölgədə gərginlik yaratmaq niyyəti yoxdur.
“Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindəki neft-qaz infrastrukturuna zərbə endirmək niyyətində olmayıb, hansı ki, texniki cəhətdən bunu çoxdan edə bilərdi”,- deyən MN təmsilçisi absurd iddialarını davam etdirib. A.Ovannisyan bununla da Ermənistanın Tovuz cəbhəsindən hücuma keçməsinin arxasında dayanan gerçək səbəbləri gizlətməyə cəhd göstərib.
Artıq heç kəsin şübhəsi yoxdur ki, erməni ordusu öz himayədarının sifarişini yerinə yetirərək Tovuzdakı strateji əhəmiyyətli yüksəklikləri ələ keçirmək və neft-qaz kəmərlərinə real təhlükə törətmək niyyətində olub, lakin burnu ovulmuş halda geri dönüb.
Döyüşlər zamanı Rusiyadan və KTMT-dən açıq dəstək ala biməyən Ermənistan indi niyyətini ört-basdır edir…

Həmçinin oxuyun

Rusiya Kəlbəcər yolunu ələ keçirmək istəyir – Nə etməliyik?

10 noyabr razılaşmasından sonra Rusiya sülhməramlıları yerləşdikləri ərazilərlə bağlı bir neçə dəfə təxribata əl ataraq …