Çərşənbə axşamı , Avqust 11 2020
Ana səhifə / Siyasət / AZƏRBAYCAN ƏDƏBİYYATINDA BİR İLK – Anadolu türkcəsində yazılmış şeirlər kitabının təqdimatı olub (FOTOLAR)

AZƏRBAYCAN ƏDƏBİYYATINDA BİR İLK – Anadolu türkcəsində yazılmış şeirlər kitabının təqdimatı olub (FOTOLAR)

Aprelin 25-də Atatürk Mərkəzində şairə İltimas İsmayılın “…və yazıldı şeirlər” adlı kitabının təqdimatı keçirilib. Tədbirdə şair və yazıçılar, alimlər, jurnalistlər və şeir həvəskarları iştirak ediblər.

“…və yazıldı şeirlər” kitabı İltimas İsmayılın oxucularla ilk görüşü olsa da, şairə elektron mediada, sosial şəbəkələrdə, yerli və qardaş Türkiyə mətbuatında kifayət qədər maraq doğura bilib. Bunun bir səbəbi seirlərin mövzu və məzmunca orijinal bədii xüsusiyyətlərə malik olmasıdırsa, digər səbəbi onların şirin İstanbul türkcəsində yazılmasıdır.

Tədbirə toplaşanlar İ.İsmayılın yaradıcılığını ortaq türk ədəbiyyatının inkişafı yolunda mühüm hadisə kimi qiymətləndiriblər.

İ.İsmayılın Anadolu türkcəsində yazdığı “Gözlerim” şeiri İzmir Şairlər və Bəstəkarlar dərnəyinin təşkil etdiyi yarışmada birinci yeri qazanıb. 30-dan çox şeiri türk sənətçiləri tərəfindən səsləndirilib.

Ədəbi ictimaiyyət arasında xüsusi maraqla qarşılanan “…və yazıldı şeirlər” kitabında müəllifin 200-ə yaxın şeiri toplanıb. “Yaralı yurdum” adlı bölüm isə xalqımızın Qarabağ, Şuşa nisgilinə həsr olunub.

İltimas İsmayıl 13 may 1963-cü ildə Naxçıvan MR Şərur rayonunun Ərəbyengicə kəndində müəllim ailəsində doğulub. 1980-84-cü illərdə Naxçıvan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil alıb. Hazırda Bakı şəhəri Nizami rayonu Kamil Əyyubov adına tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.

“…və yazıldı şeirlər” müəllifin ilk kitabıdır.

iltimas kitab

Фото İltimas İsmayıl.Фото İltimas İsmayıl.Фото İltimas İsmayıl.Фото İltimas İsmayıl.Фото İltimas İsmayıl.Фото İltimas İsmayıl.Фото İltimas İsmayıl.Фото İltimas İsmayıl.Фото İltimas İsmayıl.Фото İltimas İsmayıl.Фото İltimas İsmayıl.Фото İltimas İsmayıl.

Həmçinin oxuyun

“Deputatların bəziləri bu millətin qürurunu qırdı”

“Bəzi məmurlar bu millətin haqqını yeyəcək və hələ mən bundan qorxmalıyam?”. Bunu tanınmış ictimai xadim, …

Bir cavab yazın