Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Siyasət / “Azərbayan-Avropa münasibətləri fərqli olacaq” – Yan Zahradil

“Azərbayan-Avropa münasibətləri fərqli olacaq” – Yan Zahradil

“Bu il Azərbayan və Avropa arasında münasibətlər fərqli olacaq”

Bunu Bakıda keçirilən sammitdə Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil deyib.

O, çıxışında xatırladıb ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunur: “Təəssüf ki, parlament üsul-idarəsinə əsaslanan Cümhuriyyət cəmi 2 il hökm sürüb. Dünən prezident İlham Əliyev mənimlə görüşdə bildirdi ki, 9 Avropa ölkəsi Azərbaycanla strateji əməkdaşlıq sazişi imzalayıb. Ümid edirəm ki, bu dövlətlərin sayı artacaq. Təəssüf ki, Avropa Şurasında Azərbaycanla bağlı birtərəfli və qərəzli qərarlar qəbul olunub, buna son qoymaq lazımdır”.

Yan Zahradil qeyd edib ki, sabitlik olmadan uğurlara nail olmaq mümkün deyil: “Çox şadıq ki, Alyansımız Azərbayanla sıx əməkdaşlıq edir. Biz bütün mürəkkəbliyə baxmayaraq, Azərbaycanın yanındayıq. Bizim Alyansımızın simvolu alovlu şirdir, Azərbaycan da odlar ölkəsidir. Dünən bizə təklif edildi ki, hər il Avropada Mühafizəkarlar və İslahatçılar Alyansınının tədbirini Bakıda keçirək. Məncə, bu, uğurlu təklifdir”.

Xatırladaq ki, bu gün Bakıda Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammiti keçirilir.

Həmçinin oxuyun

Paşinyan yenidən Azərbaycanla danışıqlardan imtina etdi

Hazırda Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli üçün yol yoxdur. Bunu Ermənistan baş naziri Nikol Paşinyan …