Bazar , Avqust 25 2019
Ana səhifə / Siyasət / “Azəravtoyol” Mikayıl Müşfiqin heykəlini dağıtdı – FOTO

“Azəravtoyol” Mikayıl Müşfiqin heykəlini dağıtdı – FOTO

“Azəravtoyol” ASC Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadan görkəmli Azərbaycan şairi Mikayıl Müşviqin Bakıdakı abidəsini dağıdıb.

Bu haqda virtualaz.org-a Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanov məlumat verib.

Bundan başqa, vandalizm aktı Mədəniyyət Nazirliyi tərəfindən qadağalara baxmayaraq törədilib.

“Abidəni hər hansı icazə olmadan dağıdıblar. Bu hiddət doğuran hadisə ilə əlaqədar biz məhkəmə instansiyalarına müraciət etmək niyyətindəyik”, – deyə o vurğulayıb.

Virtualaz.org görkəmli şair Mikayıl Müşviqin Bakının İnşaatçılar prospektində, “Statistika dairəsi” kimi tanınan ərazidə yerləşən heykəlinə qarşı bu vandalizm əməli ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb. Heykəlin dağıdılması faktını təsdiq edən fotoların yayılmasına baxmayaraq “Azəravtoyol” rəsmisi iddia edib ki, heykəl dağıdılmayıb, sadəcə götürülüb ki, işlər yekunlaşandan sonra qaytarıb yerinə qoyulsun.

“Həmin ərazidə yolların genişləndirilməsi və yenidənqurma işləri çərçivəsində Mikayıl Müşviqin büstü müvəqqəti yığışdırılıb və anbara qoyulub ki, təmir işləri gedəndə ziyan çəkməsin. Plana görə həmin ərazidə indikindən beş dəfə geniş park salınacaq, heykəl də qaytarılıb yerinə qoyulacaq”-Anar Nəcəfli deyib.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri bunu da deyib ki, birazdan heykəlin fotosunu yayımlayacaq və onun dağıdılmadığını əyani təsdiq edəcək. Hərçənd ki, yayılan fotoya əsasən şairin heykəlinin postamenti dağıdılıb, barelyef götürülüb , başqa sözlə, heykəltaraşın yaratdığı əsər korlanıb. Hansı ki, heykəltaraş gənc yaşlarında Stalin repressiyasının qurbanı olan şairi qaya parçasının üzərində həkk etmişdi , indi isə ona qarşı ikinci dəfə repressiyaya yol verildi. Ola bilsin heykəlin baş hissəsi doğrudan da dağıdılmayıb, ancaq sual yaranır:  bəyəm “Azəravtoyol” rəhbərliyi həm də heykəltaraşlıqla məşğul olur ki,  dağıdılan heykəli əvvəlki formasında bərpa edə biləcək?

A.Nəcəfli onu da deyib ki, Mədəniyyət Nazirliyinin heykəlin dağıdılmasına görə onları məhkəməyə verməyə hazırlaşmasından narahat deyillər. “Onların öz işidir”-“Azəravtoyol” rəsmisi deyib.

Həmçinin oxuyun

“Türkiyə o heykəlin götürülməsi ilə bağlı Ermənistana nota verməlidir”

Bir neçə saat bundan öncə Moderator.az-da ermənilərin Tələt Paşaya qarşı etdiyi ağılasığmaz şərəfsizliyi ilə bağlı …

Bir cavab yazın