Ana səhifə / Siyasət / Azər­bay­can və Tür­ki­yə­nin bir­gə di­as­por stra­te­gi­ya­sı – ye­ni ge­o­si­ya­si hə­dəf…

Azər­bay­can və Tür­ki­yə­nin bir­gə di­as­por stra­te­gi­ya­sı – ye­ni ge­o­si­ya­si hə­dəf…

Sa­mir Adı­gö­zəl­li: “Bu mə­sə­lə­lə­rin hər bi­rin­də Tür­ki­yə ilə möv­qe­lə­ri­miz uz­la­şır”

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin tap­şı­rı­ğı ilə Pre­zi­den­tin ic­ti­mai-si­ya­si mə­sə­lə­lər üz­rə kö­mək­çi­si Əli Hə­sə­nov Tür­ki­yə­də sə­fər­də­dir. Əli Hə­sə­nov oktyab­rın 24-də Tür­ki­yə­nin xa­ri­ci iş­lər na­zi­ri Möv­lud Ça­vu­şoğ­lu ilə gö­rü­şüb.
Gö­rüş­də Azər­bay­can­la Tür­ki­yə ara­sın­da bir sı­ra mə­sə­lə­lər, o cüm­lə­dən qar­daş öl­kə­lə­ri­miz­də ic­ti­mai-si­ya­si sa­bit­li­yin qo­run­ma­sı sa­hə­sin­də əmək­daş­lı­ğın güc­lən­di­ril­mə­si, Azər­bay­ca­nın və Tür­ki­yə­nin di­as­por təş­ki­lat­la­rı­nın bir­gə mü­tə­şək­kil fə­a­liy­yə­ti­nin qu­rul­ma­sı, həm­çi­nin qar­şı­lıq­lı ma­raq do­ğu­ran di­gər mə­sə­lə­lər mü­za­ki­rə olu­nub.
Söh­bət za­ma­nı Azər­bay­can-Tür­ki­yə stra­te­ji müt­tə­fiq­li­yi­nin ye­ni müs­tə­vi­yə qal­dı­rıl­ma­sı, əla­qə­lə­rin in­ki­şaf perspek­tiv­lə­ri­nə da­ir fi­kir mü­ba­di­lə­si apa­rı­lıb.
Tür­ki­yə Na­zir­lər Ka­bi­ne­ti­nin Mət­bu­at və İn­for­ma­si­ya Baş İda­rə­si­nin baş di­rek­to­ru Meh­met Akar­ca ilə gö­rüş­də Azər­bay­can-Tür­ki­yə mü­na­si­bət­lə­ri­nin da­ha da in­ki­şaf et­di­ril­mə­sin­də küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin ro­lu­nun ar­tı­rıl­ma­sı, hər iki öl­kə­nin mət­bu­at or­qan­la­rı ara­sın­da in­for­ma­si­ya mü­ba­di­lə­si­nin ge­niş­lən­di­ril­mə­si, bə­zi KİV-lər­də ümum­mil­li və döv­lət­çi­lik ma­raq­la­rı­mı­za zə­rər vu­ran xə­bər­lə­rin ya­yıl­ma­sı­nın qar­şı­sı­nın alın­ma­sı üçün zə­ru­ri ad­dım­la­rın atıl­ma­sı­nın va­cib­li­yi vur­ğu­la­nıb. Söh­bət za­ma­nı bey­nəl­xalq are­na­da qar­şı­lıq­lı fay­da­lı əmək­daş­lı­ğın uğur­lu nə­ti­cə­lə­ri­nin bir­gə təb­li­ği, dün­ya in­for­ma­si­ya mə­ka­nı­na di­na­mik in­teq­ra­si­ya­nın tə­min olun­ma­sı is­ti­qa­mə­tin­də səy­lə­rin güc­lən­di­ril­mə­si ba­rə­də fi­kir mü­ba­di­lə­si apa­rı­lıb.
Mü­za­ki­rə edi­lən mə­sə­lə­lər ara­sın­da ən diq­qət­çə­kə­ni Azər­bay­ca­nın və Tür­ki­yə­nin di­as­por təş­ki­lat­la­rı­nın bir­gə mü­tə­şək­kil fə­a­liy­yə­ti­nin qu­rul­ma­sı ilə bağ­lı­dır.
Be­lə bir ko­or­di­na­si­ya­nın güc­lən­di­ril­mə­si­nin öl­kə­lə­ri­miz üçün nə ki­mi əhə­miy­yə­ti olar?
Dün­ya Azər­bay­can­lı­la­rı Konqre­si və Bey­nəl­xalq Di­as­por Mər­kə­zi ic­ra apa­ra­tı­nın rəh­bə­ri Sa­mir Adı­gö­zəl­li qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, iki qar­daş öl­kə­nin di­as­por­la­rı ara­sın­da ko­or­di­na­si­ya­nın qu­rul­ma­sı ol­duq­ca va­cib­dir:

“Biz da­im bu prob­le­mi qal­dır­mı­şıq. Çox gö­zəl ol­du ki, bu ak­tu­al mə­sə­lə iki öl­kə­nin rəs­mi­lə­ri ara­sın­da mü­za­ki­rə olu­nur. Bi­lir­si­niz ki, adə­tən be­lə əla­qə­lər he­sa­bı­na bir­gə təd­bir­lər, ak­si­ya­lar ke­çi­ri­lir. An­caq bə­zən acı­na­caq­lı mən­zə­rə ilə rastla­şı­rıq. Elə olub ki, biz xa­ri­ci öl­kə­lər­dən bi­rin­də ak­si­ya ke­çir­mi­şik. Ora­da azər­bay­can­lı­lar az olub, an­caq tür­ki­yə­li tə­lə­bə­lər ak­si­ya­ya bi­ga­nə ya­na­şıb. Tə­bi­i­dir ki, bu­ra­da va­cib mə­sə­lə ma­a­rif­lən­dir­mə­ni apar­maq­dır. Döv­lə­tin müm­kün re­sursla­rı da bu işə cəlb olun­sa, ef­fek­tiv­lik ar­tar. Bi­zim di­as­por təş­ki­lat­la­rı­mız ara­sın­da fi­kir ay­rı­lı­ğı­na sə­bəb olan nə­sə var­mı? Tə­bii ki yox! Çün­ki bi­zim di­as­por hə­rə­ka­tı­mı­zın baş­lı­ca fə­a­liy­yət is­ti­qa­mə­ti er­mə­ni ya­lan­la­rı­nı if­şa et­mək, on­la­rın hü­cum­la­rı­na ca­vab ver­mək və öl­kə­mi­zi təb­liğ et­mək­dir. Bu mə­sə­lə­lə­rin hər bi­rin­də Tür­ki­yə ilə möv­qe­lə­ri­miz uz­la­şır. Çün­ki er­mə­ni di­as­po­ru­nun hə­də­fin­də olan baş­lı­ca mə­sə­lə­lər­dən bi­ri də qon­dar­ma soy­qı­rı­mı ta­nıt­maq­dır. Tə­bii ki, bu və di­gər er­mə­ni if­ti­ra­la­rı­na qar­şı biz bir­gə mü­ba­ri­zə sər­gi­lə­mə­li­yik”.
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın