Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Siyasət / “Aydın olmayan tək şey Azərbaycanın bu ermni separatçısının təyinatına səssiz qalmasıdır”

“Aydın olmayan tək şey Azərbaycanın bu ermni separatçısının təyinatına səssiz qalmasıdır”

Diqqətlə baxın, bu adam – Serqey Kurqinyan Rusiyanın Azərbaycandakı səfirliyi yanında Mədəniyyət Mərkəzinin rəhbəri təyin olunub.

Təpədən dırnağa qədər daşnakçı olan, daim anti Azərbaycan mövqeyi ilə seçilən, Azərbaycan tarixinə, insanına, ərazi bütövlüyünə, əsgərinə, bütövlükdə Azərbaycana nifrəti olan bir “adam” Rusiya tərəfindən Azərbaycana Mədəniyyət Mərkəzinin rəhbəri olaraq təyin olunur. Onun təyin olunmasında məqsədin Azərbaycanda yaşayan rus icmasını da anti Azərbaycan mövqeyinə kökləməsi, separatçılığı təbliğ etməsi gün kimi aydındır. Aydın olmayan tək şey Azərbaycanın bu ermni separatçısının təyinatına səssiz qalmasıdır. Azərbaycan Milli İstiqlal Partiyası olaraq hakimiyyətdən, aidiyyatı rəsmi qurumlardan dərhal hadisəyə reaksiya vermələrini tələb edir, erməni şovinistlərinin rus diplomatları adı altında Azərbaycanda fəaliyyətinə imkan verməməyə çağırırıq.

https://www.youtube.com/watch?v=wQVbWfjkZDg

Həmçinin oxuyun

“Qarabağ məsələsinə münasibətdə İranın mövqeyi şəffaf və birmənalı idi” – Seyid İbrahim Rəisi

“Qarabağ məsələsinə münasibətdə də İran İslam Respublikasının mövqeyi şəffaf və birmənalı idi. İranda İslam inqilabının …