Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Siyasət / Aydın Mirzəzadədən deputat həmkarına irad: “Bu xalqın kitab yazanları da, oxuyanları da var”

Aydın Mirzəzadədən deputat həmkarına irad: “Bu xalqın kitab yazanları da, oxuyanları da var”

“İndicə ölkəmizin tanınmış ziyalılarından birinin son günlər gündəmdə olan dünyada telefon danışıqlarının dinlənməsi məsələsinə dair lirik bir yazısını oxudum. Onun fikirlərinə təəssüf etdim. Bir xalqı kitab oxuyan adlandırır, xalqımızın isə olan-olmayan qüsurlarını axtarır, tariximizin ağrılı səhifələrindən kədər gətirən bəzi məqamları sadalayır. Həmin dövrlərin mütərəqqi və fəxr edilən səhiflərini isə yada salmır”.

Bunu deputat Aydın Mirzəzadə həmkarı Fazil Mustafanın bu mövzuda yazdığı statusu etiraz olaraq deyib. Aydın Mirzəzadə qeyd edib ki, birincisi, vətəndaşın qanuna zidd olaraq telefon danışığının dinlənilməsi yolverilməzdir və buna heç bir halda haqq qazandırmaq olmaz:

“Eyni zamanda, bu xaricdən baş verirsə bu artıq dövlətçiliyə ciddi təhdiddir. Bu məsələ diqqətdən kənarda qala bilməz. O ki qaldı ziyalımızın sadaladığı hallara, onlar müstəqil dövlətçiliyimizin olmaması səbəbindən baş verirdi. Cəmiyyətin maariflənməsində, ziyalı təbəqəsinin mövcud olmasında hakimiyyət maraqlı deyildi. Cəmiyyət isə öz daxili potensialı hesabına ayaq üstə idi, mümkün olanlar içərisində Mirzə Kazım bəyləri, Mirzə Fətəli Axundovu, Xurşidbanu Natəvanı, Həsən bəy Zərdabini yetişdirdi.

Təhsil almasalar da Bakının neft milyonerlər xalqımızın inkişafı üçün maksimum işlər gördülər. Elə Hacı Zeynalabdin Tağıyev əzəməti hər şeyə dəyər. Məhz kitab oxuyan və cəmiyyətə işıq gətirən təbəqənin olması səbəbindən böyük bir qrup ziyalılar dünya gündəminə qızıl hərflərlə müstəqillik tariximizi yazdılar.

Xalqımızın fəxr ediləsi kifayət qədər müsbət işləri var. Məhz milli potensialımız zaman-zaman problemlərimizi həll etdi, iki yüz illik Qarabağ problemi öz həllini tapdı. Bu xalqın kitab yazanları da, kitab oxuyanları da var”.

Həmçinin oxuyun

Eldəniz Səlimovun qaranlıq keçmişi: Xanbabayev onu necə yetişdirib?

Vəzifə borcunu yerinə yetirən polis əməkdaşına qarşı fiziki güc tətbiq edən sabiq deputat Eldəniz Səlimov …