Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Aydın Bəşirova FHN-də vəzifə verilib- xəbər ictimaiyyətdən niyə gizlədilir?

Aydın Bəşirova FHN-də vəzifə verilib- xəbər ictimaiyyətdən niyə gizlədilir?

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirova yeni vəzifə verilib.

Bu barədə AFN-ə danışan məlumatlı mənbənin sözlərinə görə, o, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun köməkçisi vəzifəsinə təyin edilib. “Artıq xeyli müddətdir ki, vəzifəsinin icrasına başlayıb. Amma maraqlıdır ki, məlumat ictimaiyyətə açıqlanmır” deyən mənbə qeyd edir ki, A.Bəşirovla K.Heydərov köhnənin dostudurlar: “Kəmaləddin müəllim həmişə olduğu kimi, yenə dostunu darda qoymayıb. Hətta FHN daxilində çoxları bilmir ki, Aydın Bəşirov nazirlikdə hansı vəzifəni tutur. Görünən odur ki, sabiq rəis bir müddətdən sonra nazir müavini təyinatı da ala bilər. Ən azı FHN-də idarə rəislərindən birini əvəzləməsi gözləniləndir”.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin rəhbəri Oktay Bayramovla əlaqə saxladıq. Bildirdi ki, onda belə bir məlumat yoxdur: “Məlumatım olsaydı sizinlə bölüşərdim”.
Mənbəmizin məlumatın dəqiqliyini israrla bildirməsi bizi əlavə araşdırma aparmağa məcbur etdi. FHN-in 512-00-61 nömrəli növbətçi hissəsinə zəng edib Aydın Bəşirovla əlaqə saxlamaq istədiyimizi dedik. Bildirildi ki, A.Bəşirov bu gün işə gəlməyib. Sadə vətəndaş kimi zəng etdiyimizi bildirib Aydın müəllimin nazirlikdə hansı vəzifəni tutduğunu, nazirin köməkçisi olub-olmadığını soruşduq. “Vallah, biz də bilmirik” cavabını aldıq.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın