Cümə , Yanvar 22 2021
Ana səhifə / Siyasət / Ayda 30 min “paket” alan nazir müavini mətbuat konfransı keçirdi

Ayda 30 min “paket” alan nazir müavini mətbuat konfransı keçirdi

Builki “Bakutel” sərgisində 18 ölkədən 200 şirkət iştirak edəcək. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, internet provayderləri və tanınmış brendlərin distributorları yer alır. Bunu rabitə yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə mətbuat konfransında çıxışı zamanı bildirib. (APA)

Xatırladaq ki, Elmir Vəlizadənin adı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində korrupsiya və mənimsəmə işində keçir. O, istintaqa ifadəsində keçmiş nazir Əli Abbasovdan ayda 30 min manat “paket” aldığını bildirib, ancaq dediyinə görə bu pulların mənbəyi ilə maraqlanmayıb. Nazirdən bu haqda soruşanda isə “ümumi qaydadır, tapşırıq belədir” cavabını eşidib.

Nazir müavinin sözlərinə görə, sərgi çərçivəsində nazirliyin tabeli qurumları məhsul və xidmətlərini təqdim edəcəklər.

“Nazirliyin stendində telekommunikasiya, poçt, yüksək texnologiyalar, peyk, nanotexnologiyalar, “Elektron hökumət” və “Elektron imza” infrastrukturu, Data Mərkəzin “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş nailiyyətlər nümayiş olunacaq. TİER-3 səviyyəli Data Mərkəz iki dəfə sertifakata layiq görülüb. Birinci sertifikatını özünəməxsus dizaynına görə, digər sertifikatı isə Avadanlıq sertifikatıdır ki, (Facility sertificate), Data Mərkəzdə yaradılan infrastruktura görə verilib. TASİM layihəsinin bir hissəsi olaraq həm də Data Mərkəzin mövcudluğu Azərbaycanı informasiyanın saxlanılması, yayılması mərkəzinə çevirəcək”, – deyə nazir müavini qeyd edib.

E.Vəlizadə TASİM layihəsi ilə bağlı müzakirələrin aparıldığını qeyd edib və vurğulayıb ki, “Bakutel” sərgisi çərçivəsində qeyri-formalar danışıqlar aparılacaq.

Nazir müavini elektron ticarətlə bağlı yeni layihəyə də başlayacaqlarını bildirib: “Artıq elektron ticarətlə bağlı layihənin ilk sınağına da başlamışıq. Bu layihənin iqtisadi cəhətdən üstünlükləri var. Biz bu layihəni Çindən Azərbaycana daşıyaraq emal edib digər ölkələrə çatdırılmasını təmin edəcəyik”.

E.Vəlizadə qeyd edib ki, poçt xidməti ilə bağlı “Şəbəkə” layihəsinin fəaliyyətə başlanılması gözlənilir. “Biz bu layihə ilə vətəndaşların bir mərkəzə müraciət edərək müxtəlif poçt və rabitə xidmətlərindən bir yerdə yaralanmalarını təmin edəcəyik”

Həmçinin oxuyun

Baydendən ilk tələb: “Əliyev və Ərdoğana qarşı sanksiya…” (VİDEO)

Qarabağ müharibəsində böyük itkilər verərək məğlub olan Ermənistan Co Bayden Prezident kimi fəaliyyətinə başlayar-başlamaz Amerikadakı …

Bir cavab yazın