Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Siyasət / Ay ifritə, belə danışdığın üçün ananız ağlar qalır…

Ay ifritə, belə danışdığın üçün ananız ağlar qalır…

Deputat Naira Zohrabyan deyib ki, çoxlu sayda erməni hərbçisi İranda əsir saxlanılır. Üzü üzlər görmüş Nairanın sözlərinə görə, bu barədə ona 44 günlük Vətən Müharibəsində itkin düşmüş əsgər və zabitlərin valideynləri məlumat verib. Erməni deputat bununla bağlı İran Xarici İşlər Nazirliyinə, digər rəsmi qurumlara müraciət etsə də, bu günə kimi ona heç bir cavab verilməyib.

Erməni hərbçiləri İranda əsir saxlanılırmı? Bu barədə şəxsən məndə heç bir məlumat yoxdur. Jurnalist intusiyama və çoxillik təcrübəmə əsaslanaraq deyə bilərəm ki, ermənilərin itkin hesab etdikləri həmin hərbçilər müzəffər Azərbaycan Ordusu tərəfindən məhv edilib. Ona görə izi-tozu qalmayıb ki, Ordumuz onların külünü havaya sovurub. Vaxtilə ermənilərə çox demişdik ki, özünüzü adam kimi aparın, yoxsa, külünüzü havaya sovurarıq. Qanmadılar. Biz də məcbur qalıb onları anladıqları dildə başa saldıq.

İlin ən gözəl fəslində, üstəlik, istirahət günü hansısa erməni ifritəsindən yazıb könlünüzü bulandırmaq istəməzdim. Amma düşmən hətta şənbə- bazar günləri də təxribata ara vermədiyi üçün ona bəzi mətləbləri xatırlatmağa ehtiyac duydum. Naira Zohrabyanın sözügedən açıqlamasında bir cümlə xüsusilə diqqətimi çəkdi. Onun dediyi kimi yazıram: “Həmin hərbçilər Artsaxın cənubundan – Cəbrayıldan İrana keçiblər”.

Türkiyədə təhsil aldığım dövrdə ən azı 50 millətin nümayəndəsi ilə ünsiyyətdə olmuşam. Qabağıma alim də çıxıb, avam da. Amma heç vaxt ermənilər qədər həyasız ikinci bir millətlə qarşılaşmamışam. Cəbrayıla ancaq Naira Zohrabyan kimi keçmişi məlum, gələcəyi naməlum adamlar Artsax deyə bilər.

Erməni ziyalıları və siyasətçiləri başlarından böyük iddialarla öz xalqlarını bədbəxt ediblər. Qarabağda azərbaycanlıların qəbirlərini açıb sümükləri təhqir etdiklərinə görə yüz il də bundan sonra bəşəriyyət erməniləri lənətləyəcək. Ermənilər tarixdə ağac kəsən, bulağın gözünü betonlayan, göreşən kimi qəbir dağıdan xalq kimi qalacaq. Əgər bu zırramalardan nə vaxtsa normal adam törəsə, onlar belə əcdadları olduğu üçün ölüb yerə girəcəklər.

Cəmi 44 gün ərzində erməni ordusu darmadağın oldu. Dağda-bağda gəbərən ermənilərin sayı-hesabı yoxdur. Görəsən, biz Şuşada festival keçirəndə avam erməni xalqını “məğlubedilməz” olduğuna inandıran ziyalılar və sitasətçilər hansı hissləri keçirirdilər? Müharibədə biz də itki verdik. Amma şəhidlərimizin canı, qanı bahasına Şuşanı, Cəbrayılı, Füzulini, Ağdamı, bir sözlə, cənnət Qarabağımızı geri qaytardıq, uzun illərdən bıri işğal altında olan torpaqlarımıza qovuşduq. Bəs siz nə qazandınız? Minlərlə erməni nəyin uğrunda öldü? Ermənistanda niyə bir it oğlu papağını qabağına qoyub bu sualın cavabını axtarmır?

Zəhləmgetmiş bu Naira 18-20 yaşlı erməni gənclərinin qəhrəman Azərbaycan Ordusunun ayağı altında qalıb qarışqa kimi xurd-xəşil olmasından niyə dərs çıxarmır? Mənim doğma Cəbrayılıma Artsax deməklə erməni xalqını niyə növbəti faciələrə sürükləyir? 

Ay ifritə, dilini qarnına qoyub xarabanda sakit otura bilmirsən? Belə yekə-yekə danışdığınız üçün ananız ağlar qalıb…

Seymur VERDİZADƏ

Həmçinin oxuyun

İlham Əliyev İraqın neft nazirini qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 24-də İraqın neft naziri İhsan Əbdül Cabbarı qəbul edib.  Görüşdə …