Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Siyasət / AXCP sədrinin müavininin qızına hücum edən azadlığa çıxıb

AXCP sədrinin müavininin qızına hücum edən azadlığa çıxıb

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.Y.-ya hücum edən Tural Qarayevin cəza müddəti bitib.Musavat.com-un məlumatına görə, S.Y-nın vəkili Zibeydə Sadıqova Tural Qarayevin barəsində cinayət işi başlanmasını, ona törətdiyi əmələ görə 15 sutka cəza verilməsinin adekvat olmadığını açıqlayıb. Bundan əvvəl  vəkil Zibeydə Sadıqova Bakı Apelyasiya Məhkəməsinə müraciət etmişdi. Hakimə 2 videogörüntü təqdim edərək, onların iş materiallarına əlavə olunması barədə vəsatət qaldırmışdı. Bunlardan biri insident zamanı çəkilib, digəri isə həmin gün axşam məsələ ictimailəşəndən sonra Tural Qarayevin sosial şəbəkələrdə canlı yayımda deyilənlərə münasibətini əks etdirən videodur.

Fuad Qəhrəmanlının 14 yaşlı ile ilgili görsel sonucu

Tural Qarayev həmin çıxışında iddia edir ki, nəinki bu qız, onun valideynləri də bu ölkənin əleyhinə olan adamlardır. Vəkil məhkəmədəki çıxışında Tural Qarayevə verilən cəzanın onun törətdiyi əmələ adekvat olmadığını hakimin diqqətinə çatdırmışdı. Müdafiəçi bildirib ki, əslində, onun barəsində cinayət işi başlanmalıdır. Məhkəmədən də xahiş etmişdi ki, Tural Qarayev haqqında cinayət işi başlanması üçün xüsusi qərar çıxarıb, prokurorluğa göndərilsin. Amma hakim qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığını, Yasamal Rayon Məhkəməsinin qərarının qüvvədə saxlandığını elan etmişdi.

İnsident aprelin 17-də Bakı Dövlət Universitetinin yaxınlığında baş verib. Hadisədən sonra Zümrüd Yağmur qızına hücumla əlaqədar Daxili İşlər Nazirliyinə şikayət edib. Yasamal rayonu, 28-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan Tural Qarayev haqqında İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə inzibati xəta protokolu tərtib olunub. Aprelin 19-da Yasamal Rayon Məhkəməsinin qərarıyla ona 15 gün inzibati həbs cəzası verilmişdi.

Həmçinin oxuyun

Bundan sonra avropalı rəsmilər də eyni açıqlamaları verəcək (ŞƏRH)

“Amerika bir daha bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağın Azərbaycan ərazisində …