Bazar , Sentyabr 20 2020
Ana səhifə / Siyasət / AXC iqtidarının Qarabağda uğurlu əməliyyatları dayandırmasının səbəbləri

AXC iqtidarının Qarabağda uğurlu əməliyyatları dayandırmasının səbəbləri

AXC iqtidarı 1992-ci ilin yayında Qarabağda uğurlu hərbi əməliyyatlara başlamışdı. Əbülfəz Elçibəyin prezident kimi fəaliyyətə başlamasından cəmi 2 gün sonra-1992-ci ilin iyun ayının 12-də Azərbaycan Ordusunun hərbi əməliyyatlara başlaması nəticəsində Goranboy istiqamətində Ağcakənd ərazisi erməni terrorçularından təmziləndi, azad olundu. Ondan sonra Ağdərə rayonu bütövlükdə azad edildi. Eyni zamanda Kəlbəcər istiqamətindən Azərbaycan Ordusu hərəkətə keçərək Laçın rayonunun işğal olunmuş xeyli sayda kəndlərini azad etdi. Hərbi əməliyyatlar nəticəsində Laçın dəhlizinə qədər Azərbaycan Ordusu irəliləyə bldi. Hətta Şuşanın yaxınlığına-Kirs dağına qədər ermənilər geri oturduldu. O cümlədən Ağdərədən Xankəndi istiqamətindəki kəndlərin xeylisi erməni silahlı bölmələrindən təmizləndi və azad edildi. Nəticədə Xankəndinin təxminən 10-12 kilometrliyinə qədər Azərbaycan Ordusu irəliləyə bildi. 

Lakin bu əməliyyatların davamı gəlmədi, 1992-ci ilin sentyabrından uğurlu əməliyyatlar dayandı və sanki ölkə uğursuzluq zolağına daxil oldu. 

Nədən iyundan başlanan uğurlu əməliyyatlar axıra qədər davam etdirilmədi? Nə mane oldu? Daxildəki-ordudakı və hakimiyyətdəki milli satqınlar, yoxsa o vaxtkı beynəlxalq şərtlər?

Yeni dartışma mövzusu: Elçibəyin andiçmə mərasiminin ssenarisini kim yazıb?

Prezident Əbülfəz Elçibəyin köməkçisi işləmiş Oktay Qasımov “Yeni Müsavat”a bildirdi ki, bunun çox müxtəlif səbəbləri var: “Əvvəla, əsas səbəb ondan ibarətdir ki, Azərbaycanda hələ o zamanda keçmiş SSRİ, sonrakı dövrdə Rusiya ordusunun hərbi hissələri yerləşməkdəydi. Bu hərbi hissələr həm Bakıda, həm Gəncədə və digər bölgələrdə hələ də fəaliyyət göstərirdi. Rusiyanın Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarına maneçiliyi və ordu daxilində müəyyən təxribatçı fəaliyyətlərin uğurlu əməliyyatlara mənfi təsiri oldu. Bundan başqa, 1992-ci il sentyabrın sonlarında Rusiya və Ermənistan arasında imzalanmış hərbi müttəfiqlik  və qarşılıqlı yardım haqqında müqaviləyə əsasən Rusiya açıq şəkildə Ermənistan tərəfindən əməliyyatlara qatıldı. Biz dəfələrlə qeyd etdiyimiz kimi, Rusiyanın 7-ci ordusu və onun hərbi hissələri bu prosesdə iştirak edirdilər. Konkret olaraq 15-ci, 164 və 167-ci diviziyalar Dağlıq Qarabağda Azərbaycan Ordusuna qarşı əməliyyatlarda iştirak edirdilər. Siz yəqin mediadan və internetdən o zaman bu proseslərdə iştirak eləmiş rusiyalı hərbi hissə komandirlərinin və zabitlərinin açıqlamalarını oxumusunuz. Onlar da bunu təsdiq edirlər. 

Объявлен конкурс на лучший киносценарий по Карабахскому конфликту

1992-ci ilin oktyabr ayında Azərbaycan Müdafiə Nazirliyi bir məlumatı yayıldı. O məlumatda qeyd olunurdu ki, 100-dən artıq hərbi texnika Laçın istiqamətindən Dağlıq Qarabağa yeridilib. Bu, Rusyanın 7-ci ordusunun hərbi texnikalarıydı. O cümlədən Rusiyanın Azərbaycandakı “5-ci kolon”unun nümayəndələri vasitəsilə də Azərbaycan Ordusunun uğurlu əməliyyatlarına əngəllər yaradılmağa başlandı. Bundan əlavə, təbii ki, uğurlu əməliyyatların dayanması və prosesin fərqli istiqamətə yön almasına obyektiv səbəblər də var idi. Bu da ondan ibarət idi ki, Xalq Cəbhəsi hakimiyyətə gələndə ordu əslində ordu kimi formalaşmamışdı. Könüllü batalyonlardan ibarət ordu idi və nizam-intizam kifayət qədər lazım olan səviyyədə deyildi. Bu amil də problemlər yaratdı. Həmçinin həm ordunun daxilində, həm Müdafiə Nazirliyinin rəhbərliyində, həm Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndənin, o cümlədən korpus komandirlərinin bəzilərinin fəaliyyəti də bu məsələlərdə uğursuzluğa aparan səbəblərdən biri idi. Yəni qeyd etdiyim subyektiv və obyektiv bir çox səbəblər üst-üstə toplanaraq Azərbaycan Ordusunun 1992-ci ilin iyunundan başlatdığı uğurlu əməliyyatlar prosesini dayandırdı”. 

Həmçinin oxuyun

“Özümüz özümüzü, xalqımızı aldatmamalıyıq” – Prezident

“Keçən il Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurdu. O, “Qarabağ …