Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Avropalı ülküçülər Elçibəyin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdilər – FOTOLAR

Avropalı ülküçülər Elçibəyin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdilər – FOTOLAR

Almaniya Demokratik Ülküçü Türk Dərnəkləri Federasiyasının təmsilçiləri Qurban bayramı münasibətilə Bakıda qurban kəsiblər.
Musavat.com xəbər verir ki, hər il olduğu kimi, bu il də öz bayram sevinclərini Azərbaycandakı bacı və qardaşları ilə bölüşmək üçün Bakıya təşrif buyuran federasiya nümayəndələri bir çox ailəyə Qurban payı göndəriblər və hər birini bayram münasibətilə təbrik ediblər.
Almaniya Demokratik Ülküçü Türk Dərnəkləri Federasiyasının baş katibi Fatih Oğuz bildirib ki, onlar həmçinin Türkiyədə Suriyadan, İraqdan gələn türklər, türkmənlər üçün, o cümlədən Türkiyənin müxtəlif bölgələrində yaşayan türklər üçün də qurbanlar kəsəcəklər: “Biz yalnız Azərbaycan və Gürcüstanın Borçalı ərazisində qurban kəsdirmirik. Bununla yanaşı, Kosova, Makedoniya, Krım, Qırğızıstan və Türkiyədə özəlliklə bu il qurban kəsimini daha da çoxaltmağı düşünürük. Suriyadan, İraqdan, Şərqi Türküstandan qaçqın düşmüş bütün türk qardaş və bacılarımız üçün və eləcə də, hər il olduğu kimi, ülküçü şəhid ailələrimiz üçün də qurbanlıqlar göndəririk. Uca Tanrı Qurban vəkalətlərini bizlərə təslim edən, bizə bu vəzifəni layiq görən bütün könüldaşlarımızdan razı olsun. Dualarını və qurbanlarını dərgahında qəbul buyursun”.
Qeyd edək ki, Almaniya Demokratik Ülküçü Türk Dərnəkləri Federasiyası və Avropa Türk Konfederasiyası 10 ildən çoxdur ki, hər il Qurban bayramı günlərində bayram sevincini paylaşmaq üçün Azərbaycana xüsusi bir heyət göndərir.
Məlumat üçün bildirək ki, Almaniya Demokratik Ülküçü Türk Dərnəkləri Federasiyası və Avropa Türk Konfederasiyası Türkiyənin Milliyyətçi Hərəkat Partiyasına (MHP) yaxındır və məhz bu partiyanı dəstəkləyir. Azərbaycanda isə heç kəsə fərq qoymadan fəaliyyət göstərməyə çalışır.












Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın