Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Siyasət / Avropa və Amerikada homoseksuallar mer seçilir, bizdə mümkündürmü? – ŞƏRH

Avropa və Amerikada homoseksuallar mer seçilir, bizdə mümkündürmü? – ŞƏRH

İtaliyanın Tromello şəhərinin mer seçkilərində hüquqşünas Canmarko Neqri qələbə çalıb. Bu xəbər ona görə diqqətçəkəndir ki, 40 yaşlı Neqri homoseksualdır, 5 öncə qadın olub və Mariya Neqri adı ilə tanınıb. Həmin illərdə o, cinsi azlıqların hüquqlarının müdafiəsi ilə məşğul olub. Bu günlərdə isə mer seçilən Neqri İtaliya tarixində ilk transgender merdir. O hakim “Liqa” partiyadan olan rəqibinə qələbə çalıb.

İtaliyanın tarixində bu ilk olsa da, bir çox ölkələrdə artıq adi hal kimi qarşılanır. Məsələn, bir neçə il bundan əvvəl Meksikada da cinsi azlığın nümayəndəsi şəhər meri seçilmişdi. Belə ki, transseksual Benjamin Medrano keçirilən seçkilərdə ən çox səs faizi toplayaraq Sakatekas ştatının meri vəzifəsini tutmuşdu. Maraqlıdır ki, Medranonun namizədliyi zamanı onun ünvanına hədə-qorxu xarakterli ismarışlar yollanıb, namizdəliyinin geri çağırılması tələb edilsə də, o, böyük səs faizi ilə qalib gəlib.

Medrano cinsi oriyentasiyası ilə fəxr etdiyini və burada qeyri-adi heç nə olmadığı barədə mətbuata tez-tez açıqlamalar da verib. O həmçinin, Sakatekas ştatında “gey-bar” gecə klubunun sahibi olub. Bəzən orada müğənni kimi də fəaliyyət göstərib.

Berlində isə ilk dəfə 2001-ci ildə homoseksual olan Klaus Voverayt şəhər meri seçilib. O, neyrocərrah Yorn Kibutski ilə evlidir. Merlik uğrunda mübarizə aparan zaman “mən geyəm və bu, əladır” deməklə bütün Almaniyada populyarlıq qazanmışdı.
Romantik Paris şəhərinin tarixində də homoseksual mer olub. Belə ki, Bertran Delano 2001-ci ildən etibarən 13 il ərzində Paris şəhərinin meri olub. İlk dəfə 1998-ci ildə televiziya müsahibələrinin birində gey olduğunu etiraf edən Delano 2001-ci ildə mer seçildikdən sonra Parisdə illik gey-paradlar keçirməyə başlayıb. 2002-ci ildə belə paradların birində homofob cinayətkar Delanoya bıçaq xəsarəti yetirmişdi. Lakin xəsarətlər yüngül olduğu üçün mer 2 gündən sonra yenidən səlahiyyətlərinin icrasına başlamışdı. Onun Paris meri kimi fəaliyyəti 2014-cü il aprelin 5-də başa çatıb.

Şimali Amerika şəhərlərində mer seçilən ilk gey isə Qlenn Mürrey olub. Mürrey 1998-2004-cü illərdə Kanadanın Vinnipeq şəhərinin meri olub…

Beləliklə, vaxtaşırı Avropada və digər inkişaf etmiş ölkələrdə cinsi azlıqların xalqın səs verməsi yolu ilə mer, deputat seçildiklərini, nazir, hətta baş nazir kimi hökumət kabinetlərində təmsil olunduqlarının şahidi oluruq.

Onlardan bir neçəsini misal göstərmək olar. Məsələn, İrlandiyada homoseksual olan Leo Varadkar əvvəlcə sosial müdafiə naziri, daha sonra isə baş nazir olmuşdu. O, bu vəzifəyə seçkidə səslərin 60 faizini toplayaraq gələ bilmişdi. Bir məsələni də qeyd edək ki, İrlandiyada 1993-cü ilə qədər homoseksuallıq cinayət hesab olunub. Lakin 2015-ci ildə bu ölkədə homoseksuallıq qanuniləşib və məhz bundan sonra baş nazir homoseksual olduğunu açıqlayıb. Leo 85 faizi katolik olan İrlandiyanın tarixində ilk homoseksual və ən gənc siyasətçi hesab olunur.

Yohanna Siqurdardottir isə 2009-cu ildə İslandiyanın baş naziri seçilən xanım siyasətçidir. İlk nikahından 2 doğma, 1 ögey övladı olan Yohanna ərindən ayrıldıqdan sonra öz meylini həmcinslərinə salıb. O, 2002-ci ildə həmcinsi, jurnalist Yonina Leosdottirlə vətəndaş nikahına daxil olublar. 2009-cu ildə baş nazir seçildikdən sonra Yohanna Siqurdardottir İslandiya parlamentinin eynicinsli nikahları leqallaşdırmasına nail oldu. Bundan 2 həftə sonra 2010-cu il iyunun 27-də o, Yonina Leosdottirlə rəsmi nikaha daxil olub. 2013-cü il mayın 10-da Yohanna Siqurdardottir öz postunu tərk edib.

Elio Di Rupo 2011-ci ildə Belçika baş naziri səlahiyyətlərini icra edib. İlk dəfə 1991-ci ildə öz homoseksuallığını elan edən Rupo buna görə dəfələrlə ölümlə hədələnib. O, 2014-cü il mayın 26-da Belçika kralına istefa ərizəsi ilə müraciət edib və yeni hökumət formalaşana qədər baş nazir postunda qalıb.

Ksavye Bettel – 2013-cü il dekabrında Lüksemburqun baş naziri olub. Uzun illərdir partnyoru, belçikalı memar Desteney Qotye ilə vətəndaş nikahında yaşayan siyasətçi qısa müddətdə eynicinsli nikahların leqallaşdırılmasına nail olub. O, homoseksual olmağı ilə fəxr etdiyini bildirib.

Eləcə də hazırda Serbiyanın baş naziri Ana Brnabiç homoseksualdır. Baş nazir hətta vaxtaşırı gey paradlarda da iştirak edir.
Maraqlıdır, Avropanı, Amerikada rast gəlinən bu hal nə zamansa Azərbaycanı da yaşana bilərmi?

Mövzu ilə bağlı “Yeni Müsavat” tanınmışların mövqeyini öyrənməyə çalışıb.

ADP sədri Sərdar Cəlaloğlu məsələyə bu cür münasibət bildirdi: “İnanmıram ki, xaricdə olduğu kimi Azərbaycanda da açıq şəkildə özünü homoseksual elan edən şəxs cəmiyyətdə müəyyən vəzifə tuta bilsin. Bu, ağlabatan deyil. Çünki Azərbaycan cəmiyyətinin qəbul etdiyi dəyərlər Qərb dəyərlərindən tamamilə fərqlidir”.

AĞ Partiyanın sədri Tural Abbaslı: “Bizim partiya çox mühafizəkar partiyadır və milli ənənələrə, dəyərlərə sonsuz dərəcədə hörmətlə yanaşır. Allah insanı ya kişi, ya da qadın olaraq yaradır. İstər bioloji, istərsə də psixoloji yaradılış qaydası var. Buna görə də “2-ci, 3-cü növ insan” anlayışını qəbul etmirəm. Guya ki, Avropada və yaxud digər ölkələrdə bu cür addım atmaqla insan azadlıqları qorunur, hörmətlə yanaşılır. Gəlin düşünək, bununla dünyanın sonu nə ola bilər? Eynicinslilər ailə qurarsa, əhali artımı necə olacaq? Bu, yaradılışa, biologiyaya, təbiətə ziddir”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qeyd etdi ki, nə vaxtsa ölkəmizdə homoseksual şəxs deputat seçilə bilər: “Amma əminəm ki, homoseksual mer ola bilməz. Yəni, bizim cəmiyyətdə hələ ki, bu mövzu real deyil. Bizdə mental dəyərlər çox güclüdür. Bəlkə də 50-100 il sonra bu cür hal yaşana bilər, amma bunu da ehtimal etmirəm”.

Həmçinin oxuyun

“Prezidentin “F-16″-larla bağlı dedikləri Rusiya və İrana mesaj idi” – Ekspert

“Bir ay ərzində, demək olar ki, hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin “F-16″-sı nə gəzir sizdə? …