Bazar , Sentyabr 24 2023
Ana səhifə / Siyasət / Avropa Parlamenti Qubad İbadoğlunun həbsini müzakirəyə çıxarır

Avropa Parlamenti Qubad İbadoğlunun həbsini müzakirəyə çıxarır

Avropa Parlamenti Azərbaycan Demokratik və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsini müzakirəyə çıxaracaq. 

Bu barədə sentyabrın 8-də Qubad İbadoğlunun qardaşı Qalib Bayramov “Feysbuk” hesabında məlumat yayıb. 

Onun sözlərinə görə, Avropa Parlamenti sentyabrın 13-də insan hüquqları, demokratiya və qanununun aliliyi mövzusunda təxirəsalınmaz müzakirələr keçirəcək. Starsburqda keçiriləcək plenar iclasın gündəliyinə Qubad İbadoğlunun həbsi məsələsi də salınıb.

“Müzakirələrdən bir gün sonra, sentybarın 14-də məsələ ilə bağlı qətnamə qəbul olunacaq”, – Qalib Bayramov bildirib. 

Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi siyasətçinin ABŞ-da yaşayan türk din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları rədd edir. O, siyasi fəaliyyətinə görə həbs olunduğunu bildirir.

Həmçinin oxuyun

Erməniəsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaq istəyənlər var

“Qarabağda yaşayan erməniəsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaqla bağlı müraciət edənlər var”. Bunu jurnalistlərə açıqlamasında Daxili …