Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Avropa Oyunlarının bağlanış mərasiminə biletlər tükənmək üzrədir

Avropa Oyunlarının bağlanış mərasiminə biletlər tükənmək üzrədir

İyunun 12-də “Bakı-2015” I Avropa Oyunlarının möhtəşəm açılış mərasimindən sonra əhali bağlanış mərasiminə də bilet alır. Odur ki, satış məntəqələrində saatlarla növbə gözləyirlər.

Tamaşaçılar qeyri-adi şou və unudulmaz təqdimatı izlədikdən sonra bağlanış mərasiminə maraq artıb. Satış məntəqəsindən bildirilib ki, açılış mәrasimindәn sonra bağlanış mәrasiminә 8 min, ötən gün isə 15 min bilet satılıb. 10 və 20 manatlıq biletlər satılıb qurtarıb, hazırda isə yalnız 50 manatlıq biletlər qalıb.

Satış təmsilçisi Vahid Qayıbxanov deyir ki, Avropa Oyunlarına maraq həqiqətən çox böyükdür: “Nəinki xarici vətəndaşlarda, həm də yerli vətəndaşlarda açılışdan sonra maraq inanılmaz dərəcədə artıb. Bağlanışa demək olar ki, yerlər məhduddur. Nəinki bağlanış mərasiminə, oyunlara da demək olar ki, yerlər çox az qalıb”.

Sakinlərin çoxu etiraf edir ki, açılış mərasiminə qədər bilet almağa risk etməyiblər. Ancaq möhtəşəm şounu izlədikdən sonra bağlanış mərasiminə də bilet almaq qərarına gəliblər:

– “Çox möhtəşəm idi. İzlədik. Bu gün də qərar verdik ki, əgər açılış belə möhtəşəm olubsa, deməli, bağlanış da belə olacaq. Ona görə də gəldik bilet almağa”.

– “Açılış mərasiminə söz ola bilməz. Həyatımda ələ belə zövq almamışdım”.

Satış məntəqəsindən bildiriblər ki, yerli tamaşaçılar tərəfindən xüsusi maraq göstərilən bir sıra idman oyunlarına isə biletlər məhdud sayda qalıb.

Vahid Qayıbxanovun sözlərinə görə, tamaşaçılar arasında güləş, boks, cüdo, voleybol, üzgüçülüyə maraq daha çoxdur: “Demək olar ki, biletlər çox az qalıb. Ona görə də xahiş edirəm ki, kim bilet alacaqsa, tez müraciət etsin”.

İdmançılarımızın I Avropa Oyunlarına qalibiyyətlə başlaması vətəndaşları bilet satış məntəqələrinə gəlməyə daha da həvəsləndirib. Onlar idmançılarımıza oyunların keçirildiyi arenalardan dəstək olmaq istəyirlər:

– “Bakı Kristal Zalında boks izləmək üçün bilet alacağam. Açılışda iştirak etməmişdim. Ancaq bağlanış mərasiminə qatılacağam”.

– “Qardaşım Vasif sambo üzrə yarışacaq. Onu izləmək istəyirik. İnşallah, o da qalib gəlib qızıl medal qazanar və himnimizi səsləndirər”.

Oyunların biletlərini satış məntəqələrindən, Bakı Avropa Oyunlarının rəsmi saytından onlayn şəkildə əldə etmək mümkündür.

 

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın