Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Siyasət / Avropa Oyunlarına gələn xarici ölkə rəsmiləri – Siyahı 

Avropa Oyunlarına gələn xarici ölkə rəsmiləri – Siyahı 

Bu gün I Avropa Oyunlarının açılış mərasimi keçiriləcək. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki 40-a yaxın prezident və hökumət başçısının açılış tədbirində iştirak edəcəyini açıqlayıb. 

 

Axar.az artıq Bakıya gələn xarici dövlətlərin rəsmilərinin siyahısını təqdim edir:

 

Prezidentlər:

 

Belarus Prezidenti Aleksandr Lukaşenko

Tacikistan Prezidenti Emoməli Rəhmon

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov

Serbiya Prezidenti Tomislav Nikoliç

Monteneqro Prezidenti Filip Vuyanoviç

Latviyanın sabiq Prezidenti Valdis Zatlers

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin yaxın dəqiqələrdə Bakıya gəlməsi gözlənilir.

 

Baş nazirlər:

 

Bolqarıstanın Baş naziri Boyko Borisov

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili

 

Şahzadələr:

 

Monako Knyazlığının Şahzadəsi II Albert

Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdullah Bin Musaad Bin Əbdüləziz

 

Dövlət rəsmiləri:

 

Böyük Britaniya Xarici İşlər Nazirliyinin parlamentlə əlaqələr üzrə dövlət katibi Tobias Elvud

İsveçrə parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri Filippo Lombardi

Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopf

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç

Lüksemburqun Böyük Hersoqu Anri

Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek

San-Marino dövlətinin başçıları, San-Marino Regent Kapitanları Andrea Belluzini və Roberto Ventur

Latviya Respublikası parlamentinin sədr müavini Andrey Klementyev

Qırğızıstanın Baş nazirinin birinci müavini Tayırbek Sarpaşev

Ukraynanın gənclər və idman naziri İqor Jdanov və Ukrayna Dövlət Fiskal Xidmətinin rəisi, Ali Radada Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Roman Nəsirov

İranın idman və gənclər naziri Mahmud Qudərzi

Küveytin gənclərlə iş üzrə dövlət naziri şeyx Salman Sabah Salem Al-Humoud Al-Sabah

Qətər Olimpiya Komitəsinin sədri Şeyx Cəuan bin Həməd Əl Tani

Oman Sultanlığının idman işləri naziri şeyx Səad bin Məhəmməd bin Səid Əl-Mərduf Əl-Sədi

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax

Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah

 

Qeyd edək ki, açılış mərasiminə qədər digər ölkələrin rəsmilərinin də gəlməsi gözlənilir.

 

Həmçinin oxuyun

““Human Rights Watch” hesabatı birtərəflidir və gerçəkliyi əks etdirmir” – DEPUTAT

“Human Rights Watch” təşkilatı Azərbaycanı komalaşmış döyüş sursatlarından (cluster munitions) istifadə etdiyinə görə tənqid edib, …

Bir cavab yazın