Bazar , Oktyabr 2 2022
Ana səhifə / Siyasət / Avropa Məhkəməsi Ermənistanın Fərrux yüksəkliyi ilə bağlı şikayətini rədd edib

Avropa Məhkəməsi Ermənistanın Fərrux yüksəkliyi ilə bağlı şikayətini rədd edib

“Ermənistan dövləti Avropa Məhkəməsinə vaxtaşırı uydurma müraciətlər göndərir”.

Bunu “Report”un Laçın rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov deyib.

“Bu ilin mart ayında Fərrux yüksəkliyinin nəzarətimizə keçməsi ilə bağlı Ermənistan dövləti Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərmişdi. Şikayətdə qeyd edilmişdi ki, guya Azərbaycan yerli əhalini qovub. Avropa Məhkəməsi isə onların şikayətini təmin etmədi. Həmçinin Ermənistan dövləti erməni cinayətkar qrupun Azərbaycana keçməsi və onların bizim ölkədə həbs olunması, məhkəmə qarşısına çıxarılması ilə bağlı da Avropa Məhkəməsinə şikayətlər göndərmişdi. Məhkəmə bu şikayətləri də rədd etmişdi”, – o, vurğulayıb.

Həmçinin oxuyun

Azərbaycanı təslimçiliyə çəkən kimlərdir?

Yenə də bir qrup şəxs “sarı simə” toxunub, “yurdda sülh, cahanda sülh” yalanı ilə insanları …