Cümə , İyul 10 2020
Ana səhifə / Siyasət / Avropa Məhkəməsi Azərbaycan əleyhinə verdiyi qərarda öz qanunlarını çeynədi — TƏHLİL

Avropa Məhkəməsi Azərbaycan əleyhinə verdiyi qərarda öz qanunlarını çeynədi — TƏHLİL

Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi  “Ramil Səfərov işi” ilə bağlı Azərbaycanın əleyhinə qərar çıxarıb.


Qərarda göstərilir ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının “yaşamaq hüququ” (2-ci maddə) və “etnik ayrı-seçkiliyin qadağan olunması” (14-cü maddə) maddələrini “pozub”.


Qərarın qısa əsaslandırılmasında bildirilir ki, “Azərbaycan etnik nifrət cinayətinə görə xaricdə həbs olunmuş və qaytarıldıqdan sonra əfv olunmuş, vəzifəsi artırılmış və müavinət verilmiş zabitinin həbs cəzasının icrasını əsassız icra etməyib. Zabitin hərbi vəzifəsinin qaldırılmasının və ona müəyyən müavinət verilməsinin qanuni bazası yoxdur. Yaşamaq hüququna qarşı törədilmiş cinayətlərdə cəzasızlığın olması dövlətin belə cinayətlərin qarşısını effektiv şəkildə almaq öhdəliyinə uyğun deyil”.

Qazet.az verilən qərarda diqqət edilməsi vacib olan məqamları araşdırıb.


Suallarımızı cavablandıran hüquqşünas Fuad Quliyev bildirir ki, Avropa İnsan Hüquqları Məhkəməsi bu dəfə verdiyi qərarla öz qanunlarını belə çeynəyib.


Qəbul edilən qərara əsasən 2-ci, 14-cü və 18-ci maddələrin pozuntuları “aşkar edilib”. “Pozulan qaydaları” araşdırdığımız zaman isə Məhkəmənin qəbul etdiyi qərarın nə qədər yanlış olduğunu görmək mümkündür.


İDDİA – “Azərbaycan və Macarıstanın riayət etmədiyi məsələlər”


“2-ci maddə ilə bağlı qeyd etmək istəyirəm ki, Azərbaycan və Macarıstanın riayət etmədiyi məsələlərə baxıblar. Onlar hesab edirlər ki, burda maddələrin pozuntusuna yol verilib. Bu əsaslı deyil. Ermənistanın hər zaman ki, uydurmalarından biridir. Hansısa özünü müdafiə xarakterli hərəkətlərindən biridir. Bunun hüquqi müstəvidə etməyə çalışıblar. Hazır da qələbə çalıblar. Ancaq bu qələbə hüquqi qələbə deyil. Heç bir hüquqi çərçivəyə sığışmır. Həm Avropa İnsan Haqqları Məhkəməsinin müəyyən etdiyi sənədlərin tələblərinə riayət edilmir, həm beynəlxalq konvensiyaların, dövlətlərin quruculuğu, onların BMT-yə üzv olması ilə bağlı qurucu sənədlərə riayət etmir. Həmin tələbləri pozur. Dövlətlərin suveren hüquqlarını tanımır”.


ƏFV


Çıxarılan qərarda əfvlə bağlı məsələyə daha çox diqqət çəkilir. Qərara əsasən Azərbaycan Respublikasının Prezidenti əfv etmə hüququna malik deyil.


“Belə çıxır ki, Azərbaycan Respublikasının Prezidenti əfv edə bilməz. Ancaq bu bizim daxili hüquqda belə deyil. Azərbaycan prezidentinin konstitusiya ilə əfvə dair müstəsna hüquqları var. Bu hüquqlar ancaq daxili hüquqa söykənmir. Həm də istinad edir BMT ilə bağlı prinsiplərə. Dövlət başçısı, prezident birmənalı olaraq, istənilən şəxsi əfv etmək hüququna malikdir. Mən hesab edirəm ki, Ramil Səfərovun Azərbaycana gətirildikdən sonra dərhal əfv olunması mənəvi baxımdan tam haqlı bir qərar idi. Ölkə başçısı bu baxımdan lazımı addımı atdı”.


İDDİA – 14-cü maddə – ayrı-seçkiliyə yol verilib


“Həmin bu məhkəmə qərarına baxanda hiss olunur ki, bunlar ayrı-seçkiliyi dəlillərlə sübut edə bilməyiblər. Yəni Avropa Məhkəməsinin qərarı bu baxımdan da əsassızdır. Bütün hüquqi çərçivələri, normaları aşıb. Məhkəmə öz səlahiyyətlərini həddindən artıq aşıb. Deyilir ki, ayrı-seçkiliyə yol verilib. Seperatizmə yol verilib. Fikirləri bundan ibarətdir. Qeyd edilir ki, Macarıstan ekstradisiyaya qərar verərkən məhkəmə güclü təminat almalı idi. Azərbaycan tərəfi həbs cəzasını tam həyata keçirməli idi. Belə təminatla ekstradisiyalar verilmir. Bu absurd yanaşmadır. Ekstradisiya məsələsində önəm verilən amil, həmin şəxsin ölkəsində işgəncə görməməsidir. Ölümlə cəzalanmamalıdır”.


İDDİA – Etnik nifrət cinayəti


Məhkəmə qərarından belə aydın olur ki, bu etnik nifrət cinayətidir. Onlar hesab edirlər bu cinayət guya Azərbaycan hakimiyyəti tərəfindən motivasiya edilən cinayətdir.


“Bu heç Budapeştdəki məhkəmədə də təsdiqlənməyib. Burda etnik nifrət cinayətindən çox, zabit ləyaqətinə toxunulma var. Zabit ləyaqətini təhqir ediblər. Zabitin mənsub olduğu ölkənin dövlət bayrağını təhqir ediblər. Hər bir zabitdə istər-istəməz buna reaksiya verə bilər. Budapeşt məhkəməsi həddindən artıq erməni tərəfindən çıxış edib. Ramil Səfərovun hüquqları məhdudlaşıdırılmışdı.


Bütün qanunlara zidd olaraq, ilkin təhqiqat dövründə ən kiçik tərcüməçi ilə təmin edilmək hüququnu da pozublar. Bu da Avropa Məhkəməsinin hazır ki, hüququna görə ən böyük pozuntulardan biri sayılır. Tələb etsədə etməsədə tərcüməçinin verilməməsi və təklif olunmaması bu birbaşa müdafiə hüququnun ən böyük pozuntusu sayılır. Pozulan hüquqlar əslində Ramil Səfərovun hüquqlarıdır. Təəssüflər olsun ki, Azərbaycan vəkillərinin də məsələ ilə bağlı tanışlığa icazə verilmədi”, – deyə hüquqşünas qeyd edir.


İDDİA – “38-ci maddə – Azərbaycan və Macarıstan məhkəmə işinin araşdırılması barəsində təminatlara riayət edilməyib”


Macarıstan tərəfinin verdiyi hökmə baxdıqda görürük ki, Ramil Səfərova ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi ən böyük pozuntu idi. Fuad Quliyev bildirir ki, istənilən Macarıstan vəkilini işə dəvət etsələr eyni şeyi deyəcək. Yəni provokasiyaya məruz qalan hər bir şəxs barəsində hökm tərtib olunarkən, məhkəmə nəzarət etməlidir ki, həmin şəxsin dəvət olunduğu təhrik nədən ibarətdir.


“Ramil Səfərovda zabit olub. Bütün hərbi konvensiyalara uyğun olaraq, zabit şərəfinin, zabit ləyaqətinin təhqir olunmasına qarşı öz etirazını bildirib. Həmin o erməni vətəndaşları dəfələrlə provokasiya ediblər ki, Ramil Səfərov onlara qarşı hansısa tədbir görsün. Onlar baş verən provokasiyaları nəzərə almayıblar. Ramil Səfərovun bu cinayəti törətməsi normal idi”.


Azərbaycan hansı addımı atmalıdır?


“Avropa İnsan hüquqları Konvensiyasının 41-43-cü maddələri var. Orda göstərilir ki, bu 3 aylıq böyük palataya çıxarılmalıdır.  Avropa Məhkəməsinin Böyük palata deyilən institutu var. Yuxarı instansiya sayılır. 6 nəfər hakim işə baxaraq raport hazırlamalıdırlar. Yəni məsələyə daha yuxarı instansiyada baxmaq olur ya yox. Kasasiya məhkəməsi kimi. Bunun üçün də ön incələmə və araşdırma tələb olunur. Elə hesab edirəm ki, Azərbaycan hökuməti bu qərarla razılaşmamalıdır. Avropa məhkəməsinin bu haqsız qərarından şikayət verilməlidir. Hüquqi tələblərə sığmayan, BMT konvensiyalarına uyğun olaraq, dövlət başçısının çıxardığı əfv hüququnun mübahisələndirən və bunu sətiraltı bildirən belə bir məhkəmə qərarı qəbul edilməməlidir. Məsələ təkrar müzakirə olunmalıdır”.

Həmçinin oxuyun

Oğlunu Həzrəti Əliyə bənzədən Siyavuş Novruzova daha bir cavab: “İfrata varıb”

“Seymur kimi gənclərimiz hər birimizin qürur mənbəyimizdir, övladlarımızın psixologiyasının travma almasına qətiyyən imkan verməli deyilik”. …