Ana səhifə / Siyasət / Avropa Məhkəməsi Arif Hacılının qardaşı oğlu ilə bağlı qərar çıxardı

Avropa Məhkəməsi Arif Hacılının qardaşı oğlu ilə bağlı qərar çıxardı

Avropa Məhkəməsi Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşı oğlu Tural Hacıbəylinin işi ilə əlaqədar qərarını açıqlayıb.


T.Hacıbəylinin vəkili Əsabəli Mustafayev bildirib ki, ərizə Avropa Məhkəməsinə 2012-ci ildə göndərilib, 2018-ci ildə kommunikasiya yekunlaşıb.
“Ərizədə Tural Hacıbəylinin inzibati həbsinin qanunsuzluğundan və polis bölməsində pis rəftara məruz qalmasından şikayət olunmuşdur. Avropa Məhkəməsinin qərarı ilə Hacıbəyliyə münasibətdə Konvensiyanın 5-ci (azadlıq hüququ) və 6.1 və 6.3-cı (ədalətli araşdırma hüququ) maddələrinin pozuntusu tanınıbdır. Mənəvi zərərə görə Tural Hacıbəyliyə 4000 avro, hüquqi xidmətə görə 500 avro kompensasiya təyin olunub” – o qeyd edib.

Həmçinin oxuyun

Bakıda Azərbaycan-Türkiyə-Qazaxıstan nazirləri üçtərəfli iclas keçirəcək

İyunun 27-də Bakıda Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Bu barədə Türkiyə …