Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Siyasət / “Avropa İttifaqi ilə saziş hələ hazır deyil”

“Avropa İttifaqi ilə saziş hələ hazır deyil”

Son zamanlar Azərbaycan ilə Avropa İttifaqı arasında bağlanacaq Tərəfdaşlıq Sazişilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Xüsusilə müxalifət cəbhəsi bu məsələdən faydalanaraq, ictimai fikirlə manipulyasiya etməyə cəhdlər göstərir.

Bu məqsədlə müxalifət düşərgəsindəki müxtəlif fiqurlar çaşdırıcı, yalan məlumatlar yayır, Sazişin mətnində Azərbaycanın milli maraqlarına uyğun olmayan şərltlərin yer aldığını iddia edirlər. 

Bəs əslində Sazişdə belə məqamlar varmı? 

Azvision.az -ın hökumət daxilindəki mənbələrdən əldə etdiyi məlumata görə, qeyd edilən saziş üzərində iş davam etdirilir və sənəd hələ imzalanmağa hazır vəziyyətdə deyil. Xüsusilə sazişin ticarət, iqtisadiyyatla bağlı müddəaları ətrafında müzakirələr yekunlaşmayıb. Ona görə də, hələ hazır olmayan saziş haqqında yayılan məlumatlar ancaq dezinformasiya, cəmiyyəti çaşdırmaq cəhdi kimi qəbul edilməlidir. 

Həmçinin oxuyun

“Azərbaycanı dəstəkləyirik, Ermənistanla isə sadəcə qonşuyuq” – İran deputatı

İranda yaşayan erməni diasporunun fəaliyyəti Tehran ilə Bakı arasındakı münasibətlərə heç bir mənfi təsir göstərə …