Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / Avropa İttifaqı ilə Bakının razılaşdıra bilmədiyi 10 faiz…

Avropa İttifaqı ilə Bakının razılaşdıra bilmədiyi 10 faiz…

İyunun 18-də “Şərq Tərəfdaşlığı” ölkələrinin videokonfrans formatında sammitində növbəti dəfə Bakı ilə Brüssel arasındakı əməkdaşlıqdan bəhs olundu. Bununla da Azərbaycanın Avropaya inteqrasiyasına mane olmağa çalışan qüvvələrə növbəti mesaj verildi.

Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, Azərbaycan “Şərq Tərəfdaşlığı”nın fəal tərəfdaş ölkəsidir. Dövlət başçısının sözlərinə görə, Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. “Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb” – deyə, Prezident bildirdi.

Prezident İlham Əliyevdən Paşinyana sərt cavab: "Belə məsələlərdən ...

Qeyd etdi ki, iki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Xatırladaq ki, ölkəmizin rəhbəri bütün ikitərəfli və çoxtərəfli danışıqlarda, beynəlxalaq tədbirlərin tribunasından Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını prinsipial vəzifə kimi önə çəkir. Bu mənada Avropa İttifaqı ilə əməkdaşlıqda da ərazi bütövlüyü prinsipinə hörmət məsələsi öndə gəlir.

Hikmət Hacıyev: Həmsədrlər regiona konkret təkliflə gəlməmişdi (VİDEO)

Hikmət Hacıyev

Ancaq bir neçə ildir ki, masa üzərindəki saziş imzalanmamış qalıb. Bir neçə ay əvvəl Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də demişdi ki, Aİ ilə yeni tərəfdaşlıq sazişi üzərində iş aparılır. “Müəyyən sahələr var ki, bununla bağlı fərqli görüşlərimiz mövcuddur. Lakin bu boşluqları aradan qaldırmaq üçün hər iki tərəf konstruktiv əməkdaşlıq edir. Saziş mətninin demək olar ki, 90 faiz hissəsi razılaşdırılıb. Ancaq enerji və ticarətlə bağlı məsələlərdə Avropa İttifaqı daha çox səy göstərməlidir. Avropa İttifaqı sazişə münasibətdə imtiyazlı mövqe, başqa sözlə desək, təhqiramiz ticarət yanaşması göstərməməlidir. Bu anlayışa əsaslanaraq biz irəliləyişə nail olacağımıza inanırıq. Bizim həm daxili islahat prosesi, həm iqtisadi prioritetlərimiz, təşəbbüslərimiz var və buna uyğun olaraq, saziş hər iki tərəfin tələblərinə cavab verməlidir. Eyni zamanda qarşılıqlı faydalı yanaşma olmalıdır” – deyə, Prezident köməkçisi bildirmişdi. 

Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq yeni hərtərəfli saziş haqqında razılaşdırılmayan 10 faizin içərisində nələr var? Artıq rəsmi Bakı və Brüssel bir neçə dəfə bunu bəyan ediblər ki, əməkdaşlıqda maraqlıdırlar. Lakin bu mühüm 10 faiz artıq illər aparır. 10 faizdə gizlənən detallar nədir?

Elçin Mirzəbəyli: Brüssel və Kiyev fiaskosundan sonra Ermənistanın ...

Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a dedi ki, danışıqlar prosesi ilə bağlı məlumatlar detallı şəkildə açıqlanmır: “Amma razılaşdırılmış 90 faizin əsasən siyasi, sektoral istiqamətləri əhatə etdiyi və ölkəmiz üçün kifayət qədər əlverişli olduğu bəllidir. Razılaşdırılmamış məsələlər isə çox güman ki, iqtisadi sahənin müəyyən istiqamətləri ilə bağlıdır. Azərbaycan Dünya Ticarət Təşkilatının (DTT) üzvü deyil və yaxın zaman kəsiyində ölkəmizin bu təşkilata üzv olacağı da gözlənilmir. Avropa İttifaqı isə ilk dəfədir ki, Dünya Ticarət Təşkilatına üzv olmayan bir ölkə ilə iqtisadi razılaşmaya gəlməlidir. Yəni DTT çərçivəsində iqtisadi əməkdaşlıq üçün heç bir problem yoxdur, bütün sərhədlər müəyyənləşib, hüquqi baza və mexanizmlər formalaşıb. Amma Azərbaycanla bütün bunların detallı şəkildə razılaşdırılmasına ehtiyac var və bu da, görünür, müəyyən qədər vaxt aparacaq”.

Elxan Şahinoğlu: “Bu plan bölgədəki gərginliyi artıra bilər”

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişin imzalanması məqsədilə bir neçə ildir danışıqlar aparılır: “Azərbaycan prezidenti İlham Əliyev Brüsselə son səfəri zamanı demişdi ki, yerli məmurlara danışıqları intensivləşdirməyi tapşırıb. İlham Əliyev son açıqlamasında Avropa İttifaqı ilə strateji sazişin mətninin 90 faizinin razılaşdırıldığını dedi. Demək, yerdə qalır 10 faizi razılaşdırmaq. Əvvəlki illərdə rəsmi Bakı çalışırdı ki, sazişdə Avropa İttifaqı birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsin. Çünki Avropa İttifaqı daha əvvəl Moldova, Ukrayna və Gürcüstanla imzaladığı assosiativ sazişlərdə bu ölkələrin ərazi bütövlüklərini birmənalı şəkildə dəstəkləyib. Başqa sözlə, Brüssel Dnestr bölgəsinin Moldovaya, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana, Donbasın və Krımın Ukraynaya aid olduğunu bildirib. Rəsmi Bakı eyni ilə Brüsselin Bakı ilə imzalayacağı sazişdə Dağlıq Qarabağın Azərbaycana aid olduğunu vurğulamasını istəyir. Bu məsələ artıq razılaşdırılıb. Sazişdə bu məsələ Azərbaycanın xeyrinə həll olunub”. E.Şahinoğlu qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasını istəyir: “Rəsmi Bakı bu təşkilata üzvlükdən imtina etmir, sadəcə, zamana ehtiyacı olduğunu Brüsselə bildirib. Azərbaycanla Ümumdünya Ticarət Təşkilatı arasında danışıqlar davam edir. Hazırda sazişin imzalanmasının gecikməsinin səbəbi Brüsselin Azərbaycanda aviasiya sektorunun və aviasiya sənayesinin dövlət mülkiyyətində olmasından narazı qalmasıdır. Brüssel bununla razı deyil. Özəl aviasiya şirkətlərinin fəaliyyətə başlaması və Azərbaycan bazarına buraxılması təyyarə qiymətlərinin enməsinə səbəb ola bilər. Bu problemin həlli Azərbaycan vətəndaşları üçün də faydalıdır”.

Həmçinin oxuyun

“NATO münaqişə tərəfi deyil, Türkiyə vacib müttəfiqdir” – Baş katib

Xəbər verdiyimiz kimi, NATO-nun Baş katibi Yens Stoltenberq və Ermənistan Prezidenti Armen Sarkisyan Brüsseldə NATO …